“ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında görüş iyunda keçirilə bilər”.
araz.az bildirir ki, bu barədə Kreml rəhbərinin köməkçisi Yuri Uşakov “Rossiya 1” telekanalına müsahibəsində məlumat verib.
O bildirib ki, danışıqlara hazırlıq hələ başlamasa da, rəsmi Vaşinqtondan görüşün baş tuta biləcəyi barədə müsbət cavab alınıb. Y.Uşakovun sözlərinə görə, təklifə yaxın vaxtlarda baxılacaq.
Y.Uşakov deyib ki, ABŞ tərəfi liderlərin görüşünü yaxın həftələrdə keçirməyi təklif edib: “Təkliflə bağlı qərar qəbul edilərkən, bir sıra faktorlar nəzərə alınacaq”. /Modern.az/
araz.az xəbər portalı.