​ ​ ​ 1619437430 mg 20210426 wa0008

Bu gün GundemXeber.Az-ın əməkdaşı Bakı şəhəri, Binəqədi rayonu ərazisində olarkən sensasiya doğura biləcək məlumatlar əldə edir və o, həmin məlumatları redaksiyaya çatdırır.1619437424 mg 20210426 wa0007

Qeyd edək ki, əməkdaşımız məlumatları hansısa sahibkarın danışıqları əsasında deyil, məhz rayon rəhbərliyinin verdiyi tapşırıqlar əsasında həyata keçirilən işlərin gedişinə nəzarət edən vəzifə sahiblərinin danışıqları zamanı əldə edir. Məlumatlarda qeyd olunur ki, yaxın günlərdə ölkə rəhbəri cənab İlham Əliyevin Baki şəhəri, Binəqədi rayonu ərazisindəki “Abşeron Regional Elektrik Şəbəkəsi”nin (REŞ)​ açılışında iştirak edəcəyi gözlənilir. Bununla bağlı rayon rəhbərliyi tərəfindən ciddi hazırlıq işlərinin görüldüyü də qeyd olunur.1619437504 mg 20210426 wa0012

Amma necə? Elə bu necəliyin varlığıdır ki, redaksiyamıza çatdırılan məlumatları ölkə ictimaiyyətinin diqqətinə çatdırmağı özümüz üçün borc bildik.Yəni, məlumatlarda bildirilir ki, Prezidentin gözlənilən səfəri ilə bağlı Binəqədi RİH başçısının 1-ci müavini İlqar Süleymanovun rəhbərliyi altında, cənab İlham Əliyevin “Abşeron Regional Elektrik Şəbəkəsi”nin (REŞ)​gedəcəyi yolun kənarında fəaliyyət göstərən obyekt sahibləri lazımi məbləğdə “yüklənirlər”.1619437508 mg 20210426 wa0011

Yəni, obyekt sahiblərinə bildirilir ki, ölkə başçısının gəlişindən əvvəl yolboyu ərazilərdə təmizlik, rənglənmə, qopmuş aqlay daşlarının yenisi ilə əvəzlənməsi və s. kimi işlər görülməlidir. Bu kimi işlərin həyata keçirilməsi üçün, hansı ki, Prezidentin hərəkət edəcəyi yolun kənar ərazilərində fəaliyyət göstərən obyekt sahibləri təqribən 1500-2500 manat civarında “yüklənirlər”. Hansı obyekt sahibi rayon rəhbərliyinin belə bir tələbindən boyun qaçırarsa, o halda həmin şəxs obyektinin söküləcəyi təhlükəsi ilə üz-üzə qalır.1619437430 mg 20210426 wa0010

Belə olan halda ortaya sual çıxır ki, Binəqədi RİH-nin büdcəsinə ​ köçürülən pullar hara xərclənir ki, bu gün icra başçısı Elxan Allahverdiyevin şifahi tapşırıqları əsasında saxta işlərə qol qoyulur. Axı, cənab Prezident dəfələrlə vurğulayıb ki, vəzifə sahibi olan şəxslər sahibkarları incitməməli, onlardan haqq almamalı, əksinə həmin şəxslərin fəaliyyətlərinə dəstək olmalıdırlar. Deməli, ölkə rəhbərinin bu yöndə verdiyi tapşırıqlar Binəqədi rayonunda icra olunmur.1619437438 mg 20210426 wa0009

​ Onu da qeyd edək ki, Prezident İlham Əliyev bir çox çıxışlarında şəhər və rayonların ərazilərində ​ təmir-bərpa işlərinin və digər quruculuq işlərinin görülməsi məqsədilə lazımi məbləğdə vəsaitlərin ayrıldığını, ehtiyac duyulduğu təqdirdə yenə ayrılacağını vurğulayıb.1619437476 mg 20210426 wa0014

Binəqədi rayon rəhbərliyi isə, hazırda belə bir oyun qaydaları qurmaqla hər kəsə çatdırmaq istəyir ki, büdcəmizdə vəsait yoxdur. Görəsən Prezidentin bu yöndə atılan addımlardan xəbəri varmı? Yoxdursa bizdən demək, aidiyyatı qurumlardan lazımi tədbirləri görmək!1619437530 mg 20210426 wa0013

GundemXeber.Az

araz.az xəbər portalı.