aqilll

Dövlət Sosial Müdafiə Fondu mart ayı üzrə yaşa görə aylıq sosial müavinət alanların sayını açıqlayıb. Belə ki, müavinət alanlar 102 min nəfərdən çoxdur, onların 8,5%-ni kişilər, 91,5 %-ni isə qadınlar təşkil edir.

Bəs görəsən, ölkəmizdə kişilərlərə nisbətən qadınların ömür uzunluğu nə ilə əlaqədardır?

Mövzuyla bağlı Yenisabah.az-a danışan millət vəkili Aqil Abbas bildirib ki, bu məsələdə psixoloji və fizioloji faktorlar var:

“Kişilərin niyə qadınlardan az yaşadığı ilə bağlı rəsmi məlumatım yoxdur. Amma el arasında zarafatyana belə bir hekayət var: Bir nəfər soruşur ki, niyə qadınlar daha çox yaşayır? Digəri də belə cavab verir: çünki onların arvadları yoxdur. Kişilərin az yaşamasına cəmiyyət, psixoloji məsələlər, problemlər təsir edir. Bundan başqa nə qədər insan müharibənin əzabları altındadır. Pensiya yaşına çatmamış ölən kişilərin çoxu Qarabağda evindən-eşiyindən çıxarılanlardır, onlar yaşaya bilmədilər, 50-55 yaşında dünyalarını dəyişdilər, dözə bilmədilər. Eyni zamanda müharibədə övladlarını itirən atalar var ki, onlar da çox yaşaya bilmirlər. Çünki o dərd ağır olur”.

Deputat cəmiyyətdə məşhur olan “kişiləri qadınların deyingənliyi öldürür” fikrinə də münasibət bildirib:

“Bu tip fikirlər sadəcə sözdür. Qadın niyə bir kişini “çürütsün” ki? Qadınsız kişilər yaşaya bilməz. Bəlkə də elə kişilər qadınları “çürüdür”… Bu fikirlər düzgün yanaşma deyil. Qadın mənim anam, bacım, nəvəmdir, qızımdır. Əslində fikir versəniz görərsiniz ki, arxadı ölən kişilər digərlərinə nisbətən daha tez dünyalarını dəyişirlər”.

araz.az xəbər portalı.