“Əgər Ermənistan 10 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli bəyanatı pozarsa, bu, Azərbaycanın da bəyanatın şərtlərini pozması ilə nəticələnəcək”.
Bu sözləri Modern.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O, Ermənistanın 10 noyabr bəyanatını pozarsa onu nələrin gözlədiyi barədə də danışıb.
“Ermənistanın 10 noyabr bəyanatının şərtlərin pozması, Azərbaycanın da bu bəyanatın şərtlərini pozması ilə nəticələnə bilər. Bu isə heç bir halda Rusiya üçün qəbul edilən variant deyil. Çünki Azərbaycan həmin vəziyyətdə qalan ərazilərini də müharibə yolu ilə işğaldan azad etməyə başlayacaq. Bunun üçün Azərbaycanın kifayət qədər güc və potensialı mövcuddur. Ordumuz bu fəaliyyətə tam hazırdır”.
Ekspert deyib ki, Ermənistan ümidini Rusiyaya bağlayıb.
“Rusiyanın gücü nə qədər zəifləsə də, Ermənistan üçün həlledici rol oynayan ölkə olaraq qalacaq”.
araz.az xəbər portalı.