Dnestryanı ərazinin Moldovanın tərkibinə qaytarılması yalnız Rusiya ilə yaxşı münasibətlərin saxlanılması şərti ilə mümkündür.
Araz.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Feysbuk səhifəsində Moldova prezidenti İqor Dodon yazıb.
“Dnestryanı ərazinin Moldovanın tərkibinə qaytarılması yalnız Moldovanın öz bitərəfliyini saxlayacağı, həmçinin Qərblə deyil, Rusiya ilə yaxşı münasibətlərin yaradılacağı halda mümkündür”, – Dodon qeyd edib.
Prezident bildirib ki, ölkənin geosiyasəti kənardan diktə edilən siyasi proqramlara tabe olmamalıdır. Dodonun sözlərinə görə, ən yaxın onillikdə siyasi sinfi Rusiya və ya Avropa ilə bağlı olan xarici layihələrə deyil, Moldovanın maraqlarına diqqət ayırmalıdır.
Qeyd edək ki, Dodon 2016-cı il dekabrın 3-də prezident vəzifəsinin icrasına başlayıb. O, seçkiqabağı proqramına əsasən, Rusiya ilə strateji əməkdaşlığı bərpa etmək, Moldova məhsullarını Rusiya bazarına qaytarmaq və enerji əməkdaşlığını normallaşdırmaq niyyətindədir.
Əhalinin 60 faizini ruslar və ukraynalılar təşkil edən Dnestrtyanı ərazi isə ölkənin Rumınıyaya birləşməsindən ehtiyat edərək hələ SSRİ-nin dağılmasından əvvəl Moldovadan ayrılıb. Moldovanın 1992-ci ildə problemi güc yolu ilə həll etmək cəhdindən sonra Dnestryanı ərazi faktiki olaraq Kişnyovun nəzarətindən çıxıb.
araz.az xəbər portalı.