photo 131096

Xəbər verdiyimiz kimi, Əməkdar artist Baloğlan Əşrəfov gecə saatlarında dünyasını dəyişib.

Koronavirusa yoluxan müğənni ölümündən bir neçə saat öncə Redaktor.aza açıqlama vermişdi.

Özünü pis hiss etdiyini deyən müğənni bunları demişdi:

“Koronavirus daşıyıcıları verilişə gəlirlər, mikrafonu ağızlarına tuturlar, biz də eyni mikrafondan istifadə edirik. Nəticədə mən yoluxdum. Bayırdan maska ilə gəldik, studiyaya daxil olanda bizdən maskaları çıxarmağı tələb etdilər. Mən də məcbur çıxartdım”.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/ptoV5zghIzE’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

 

araz.az

araz.az xəbər portalı.