WhatsApp Image 2021 04 28 at 00.30.33

Bu istəklə, 32 il əvvəl Ermənistandakı dədə-baba yurdlarından qovulan, hal-hazırda isə, Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyində və Göyçə-Zəngəzur Respublikasında birləşən qaçqınlarımız təşəbbüs irəli sürüblər

Bununla bağlı, Rizvan Talıbovun rəhbərlik etdiyi həmin qurumların adlarından ölkə başçısına, Milli Məclisə, eləcə də beynəlxalq təşkilatların rəhbərlərinə Müraciət ünvanlanıb

WhatsApp Image 2021 04 28 at 00.31.25

Göyçə-Zəngəzur Respublikasının və Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin mətbuat xidmətlərindən araz.az-a daxil olan məlumata görə, 32 il əvvəl Qərbi Azərbaycandakı – indiki Ermənistan Respublikasındakı tarixi dədə-baba torpaqlarından qovulan, olduqca çətin qaçqın ömrü yaşadıqları ötən həmin illər ərzində isə, bu qurumlar ətrafında bir araya gələrək, təşkilatlanan doğma yurd həsrətli qaçqınlarımız, ikili vətəndaşlıq statusu almaq arzusuyla bu yaxınlarda təşəbbüs irəli sürüblər. Bununla bağlı, rəhbəri Rizvan Talıbov olan həmin qurumların adlarından Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisinin sədrinə və deputatlarına, eləcə də qaçqın problemlərinin aradan qaldırılması, onların haqlarının və hüquqlarının müdafiəsi əsas işləri olan beynəlxalq təşkilatların rəhbər şəxslərinə Müraciət ünvanlanıb.WhatsApp Image 2021 04 28 at 00.31.54
GZR Prezidenti, QAQB sədri Rizvan Talıbovun, bu təşkilatlar ətrafında bir araya gələn qərbi azərbaycanlı qaçqınlarımızın adlarından imzaladığı, şəxsən onun özünün araz.az-ın redaksiyasına da təqdim etdiyi həmin Müraciətin əvvəlində, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun 44 günlük Vətən Müharibəsində erməni faşizmi üzərində qazandığı zəfər dolu möhtəşəm tarixi qələbənin məcburi köçkünlərin Qarabağdakı dədə-baba yurdlarına qayıdışını mümkün etdiyi kimi, Qərbi Azərbaycandakı tarixi dədə-baba torpaqlarından xüsusi amansızlıqla və zorakılıqla qovulan soydaşlarımız arasında da, doğma yurdlarına yenidən qayıda biləcəklərinə hədsiz inam yaratdığı xüsusi vurğulanıb. Bundan sonra Müraciətdə qeyd edilib ki, Vətən Müharibəsindəki möhtəşəm tarixi qələbəmizin regionumuzda yaratdığı yeni reallığı nəzərə alaraq, ölkə Prezidentinin Göyçəyə, Zəngəzura və Qərbi Azərbaycandakı –– indiki Ermənistandakı digər tarixi yurdlarımıza qayıdışımızın tezliklə reallaşması yolunda atdığı qəti addımlara, yürütdüyü siyasətə daha effektiv, daha səmərəli dəstək verə bilmək üçün, QAQB Ali Məşvərət Şurasının 10 mart, 2021-ci il tarixli qərarı ilə, Qərbi Azərbaycana Qayıdış Birliyi, özünün bazası əsasında, Göyçə — Zəngəzur Respublikasının yaradıldığını elan edib: “Cənab Prezident, Sizin bu istiqamətli möhtəşəm siyasətinizə tam dəstək üçün, indiyədək, GZR-in dövlət strukturlarının formalaşdırılmasında güclü işlər görmüşük.WhatsApp Image 2021 04 28 at 00.32.15 Bu yöndən olan işlərimizi daha da sürətləndirməyi planlaşdırmışıq. İnanırıq ki, Sizin, indiki Ermənistandakı tarixi yurdlarımıza qayıdışımızı reallaşdırmaq üçün yürütdüyünüz müdrik siyasət nəticəsində, məcburi köçkünlər kimi, biz qaçqınlar da, 32 ildir həsrətində olduğumuz doğma yurdlarımıza qayıda biləcək, orada uyuyan əzizlərimizin mənfur düşmən qüvvələr tərəfindən dağıdılmış məzarları üzərində Quran oxudub, onların narahat ruhlarını şad edə biləcəyik!”.
Bir daha qeyd etməyi vacib bilirik ki, Müraciətdə, Göyçə — Zəngəzur Respublikası və Qərbi Azərbaycana Qayıdış Birliyi tərəfindən, ölkə Prezidentinin bu yöndən yürütdüyü siyasətə tam dəstək ifadə olunub. Bundan başqa, Müraciətdə, tarixin bu həssas dönəmində, Prezidentin bu siyasətinə daha effektiv dəstək vermək üçün, zamanında Ermənistan qaçqını statusunda olan, sonradan isə, Azərbaycan vətəndaşlığına qəbul edilən bu kateqoriyadan olan soydaşlarımıza, könüllülük əsasında ikili vətəndaşlığın verilməsinin vacibliyi də önə çəkilib. Elə, qərbi azərbaycanlı qaçqınların bu istəklərinin tezliklə reallaşması üçün də, Milli Məclis tərəfindən bu istiqamətli Qanun layihəsinin tezliklə hazırlanıb, qəbul olunmasının vacibliyi barədə, daha bir təşəbbüs irəli sürülüb.WhatsApp Image 2021 04 28 at 00.32.47
Müraciətin sonunda isə, Milli Məclisin sədri Sahibə xanım Qafarovadan, onun müavinlərindən və millət vəkillərindən, Qərbi Azərbaycandan — indiki Ermənistan Respublikasından xüsusi amansızlıqla qovulan soydaşlarımızın tarixi yurdlarına qayıdış arzularının tezləşdirilməsi üçün, daha sərfəli, daha önəmli, daha effektiv hüquqi yolun tapılmasını sürətləndirmələri bir daha xahiş olunub.

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.