1619612308 672

“Avesta Konserni” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus sənədlər itib.

araz.az Report-a istinadən xəbər verir ki, şirkətə məxsus 2016-cı il tarixli nizamnamə və 2014-cü il tarixli VÖEN yoxa çıxıb.

Xatırladaq ki, çoxmərtəbəli yaşayış binalarının və digər obyektlərin tikintisi ilə məşğul olmuş “Avesta Konserni”nin sahibi Hacı İbrahim Nehrəmlidir.

Qeyd edək ki, tərkibinə bir neçə şirkət daxil olan “Avesta Konserni” bir neçə dəfə borca görə məhkəməyə verilib.

araz.az xəbər portalı.