Baki Statistika İdaresi 1

2021-ci ilin yanvar-fevral aylarında Bakı şəhərinin sənaye sektorunda istehsal və xidmətlərin həcmi ötən ilin eyni dövrünə nəzərən 11 faiz azalıb. Bakı Şəhər Statistika İdarəsinin hesabatına görə, sənaye məhsulunun 77,9 faizi mədən sahəsinin payına düşüb.

2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ticarət dövriyyəsinin 0,3 faiz, ödənişli xidmətlərin dəyərinin real ifadədə 27,6 faiz, ictimai iaşə dövriyyəsinin real ifadədə 69,2 faiz azaldığı vurğulanır.

Rəsmi açıqlamaya əsasən, fevralın 1-nə paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 901 manat olub.

araz.az

araz.az xəbər portalı.