Rusiya Etnoqrafiya Muzeyində Azərbaycan dekorativ-tətbiqi sənətinin yüzdən çox misilsiz nümunəsinin nümayiş olunduğu sərgi çərçivəsində, sənətsevərlər üçün, “Uçan xalça: Şərqə səyahət ” adlı ailə proqramı keçirilib. Bu barədə Azərbaycan Milli Xalça Muzeyindən araz.az-a daxil olan məlumatda deyilir ki, 3 saatlıq proqram ərzində muzeyin ziyarətçiləri “Tale ipini xalçaya toxuyaraq … Azərbaycanın dekorativ və tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” sərgisinin kuratoru Yelena Leonidovna Kubel ilə sərgini gəzərkən, özlərini qonaqpərvər şərq şəhəri olan Bakıda, onun qədim küçələrində hiss ediblər. Bununla yanaşı, proqram iştirakçıları “Cənubi Qafqaz xalqları” daimi ekspozisiyasına ekskursiya edərək, bu xalqların mədəniyyətinə bələd olmaq şansı qazanıblar.
Proqram müddətində uşaqlar üçün də sərgiyə və ekspozisiyaya maraqlı səyahət təşkil olunub. Azyaşlı qonaqlar həmçinin yaradıcılıq emalatxanasında keçirilən “Təəssüratlarım” ustad dərsində ənənəvi şərq ornamentləri ilə unikal açıqca nümunələri hazırlayıblar və onları xatirə olaraq özləri ilə aparıblar.
Ailə proqramı zamanı qonaqlar çayla ləziz şərq şirniyyatlarının dadına baxıblar. Ziyarətçiləri Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış etmək məqsədilə muzeydə “Çinar” vokal-xoreoqrafik ansamblının konserti təşkil olunub, xalq çalğı alətləri və xalça toxuma üzrə ustad dərsləri keçirilib.
Rusiya Etnoqrafiya Muzeyi tədbirin tərəfdaşlarına — Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğuna, Azərbaycan Milli Xalça Muzeyinə, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinə, “Simurq” Azərbaycan Gənclər Birliyinə, “Çinar” ansamblına, “Azərçay”-a və VK sosial şəbəkəsinə minnətdarlığını bildirib.
Qeyd edək ki, tədbirin videoçəkilişinə muzeyin VK sosial şəbəkəsindəki qrupunda baxa bilərsiniz.
***
Прошла семейная программа «Ковер-самолет: путешествие на Восток»
25 апреля в Российском этнографическом музее прошла семейная программа «Ковер-самолет: путешествие на Восток». В этот день посетители музея оказались в радушном теплом восточном городе, совершив прогулку по выставке «Вплетая нить судьбы в ковер… Декоративно-прикладное искусство Азербайджана». Куратор выставки Елена Леонидовна Кубель прогулялась с гостями по импровизированным улочкам старого Баку, где на перилах балконов домов и торговых лавочек висят яркие восточные ковры, заманивая прохожего своим уютом и красотой. Но кроме этого участникам программы посчастливилось побывать на экскурсии по постоянной экспозиции «Народы Южного Кавказа» и более глубоко погрузиться в культуру наших соседей.
Для детей музей подготовил сказочное путешествие по выставке и экспозиции, где юные посетители придумывали сказки о Востоке и каждый унёс с собой уникальный сувенир – сделанную своими руками открытку.
Во время семейной программы все гости могли угоститься восточными сладостями и чаем. Чтобы посетители ещё больше могли погрузиться в культуру Азербайджана, в музее выступил лауреат городских и международных конкурсов вокально-хореографический ансамбль «Чинар», прошел мастер-класс по игре на этнических инструментах и по ковроткачеству. В группе музея в социальной сети ВКонтакте доступна запись мероприятия.
Российский этнографический музей выражает благодарность партнерам мероприятия: Генеральному консульству Азербайджанской республики, Азербайджанскому национальному музею ковра, Азербайджанской национально-культурной автономии Санкт-Петербурга, Ассоциации азербайджанской молодежи «Симург», хореографическому ансамблю «Чинар», производителю чая Азерчай, социальной сети ВК.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.