1619712415 fdd2397d f238 49aa bd36 1a9f771d744cPandemiya ilə əlaqədar bütün dünyada yaranmış iqtisadi böhran Azərbaycandan da yan keçmiş deyil.

İqtisadi böhran ölkədə bir çox “gəlir” sahələrinin iflasına səbəb oldu. Təbii ki, iflas insanlar kimi “ayrıseçkilik” etmir. Məmur, yaxud sadə vətəndaş onun üçün fərqi yoxdur. İstənilən biznesi başladığı yerə, yəni 0-a qaytarır.

Bu da heç kimə sirr deyil ki, bu ölkə bizneslərinin əksəriyyəti məmurlara məxsusdur.

“Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO

Harınlamış bəzi məmurlar da iflası normal qəbul etməyi bacarmadığı üçün, həmən “quduz”laşır, yaxud “zombi”yə dönüşür və “hücum çəkir”lər vətəndaşların üzərinə.

2020-ci ilin özü ilə gətirdiyi virus, böhran, müharibə stressi, şəhid xəbərləri və.s bütün bunlar illərdir hər şeyə susan, illərdir özü öz haqqını “hörmət” adı altında rüşvətxor məmurlara yedirən xalqın səbr kasasını daşıdırdı.

Bəlkə də yenə də susardıq, əgər minlərlə şəhid qardaşlarımızın ailələrinə, qazi və yaralı oğullarımıza qarşı bu qədər soyuqqanlı, bu qədər uzaq, bu qədər acımasız olmasaydılar.

Biz susurduq.

Biz hər susduqca onlar bizi biraz da əzdilər.

Ölkədə elə bir dövlət qurumu yoxdur ki, ordan əhali gileyli olmasın.

Çox təəssüflər olsun, fəxr etdiyimiz Azərbaycan nankor məmurların “yem yeri”nə çevrilib.

Artıq, onlar nəyinki insanlıqdan, hətta dindən-imandan belə çıxıblar.

Məsələn bu 11 ayın sultanı, müqəddəs ramazan ayında “Azərsu” ASC insanların suyunu kəsib, onları su ilə “imtahana çəkir”. Özü də məcburi köçkünlərin yaşadığı ərazi üzrə.

Bunun “kafir”likdən başqa bir adı varmı?

Əldə olan bəhanə də budur ki, “su pulu borclarını ödəməyiblər”. Görəsən Qaradağ rayon Müşfiqabad qəsəbəsində, Məcburi köçkün şəhərciyində yaşayan bütün hər kəs mi ödəməyib “su pulu” borcunu?!

Sizcə ölkədə və ölkə xaricində böyük bizneslərə sahib olan, “Oliqarx” adını əyninə biçdirən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov həmin binalarda yaşayan məcburi köçkünlərin hamısına borc saxlayacaq qədər “humanist”dir mi?

Əsla deyil.

Əgər belə olsaydı istixana əməkdaşlarını bütün binaların qapılarına göndərib, borc yığdırmazdı.

Qorxmaz Hüseynov və onun komandası bir aydan çoxdur ki, “qurunun oduna yaşı yandırır”. Yəni “su pulu borcu” adı altında isti suları kəsib.
(Nəzərə alsaq ki, havalar hələ indi də bir o qədər də isinməyib, sakinlərin bu müddət ərzində yaşadığı çətinlikləri anlamış olarıq.)

Demək, bu gün səhər saatlarında yuxarıda da qeyd etdiyimiz kimi Qaradağ rayon Müşfiqabad qəsəbəsindəki “Məcburi köçkün şəhərciyi”nin sakinləri tərəfindən DogruXeber.az redaksiyasına məlumat daxil oldu ki, “yenə “əjdahalar oturub suyun boğazında” bizə su vermirlər”.

Artıq iki gündür ki, şəhərciyə ümumiyyətlə su gəlmir.”

Onu da xatırladaq ki, bir neçə il bundan öncə “Azərsu” ASC nin sədri Qorxmaz Hüseynov tərəfindən fasiləsiz su təminatı və yaşayış binalarının damında əhalinin quraşdırdığı su çənlərinin ləğv edilməsi qərarı verilmişdir. Lakin, qərarın özünü doğrultmadığı hər kəsin gözləri önündədir.

“Fasiləsiz su təminatı” qərarını verən rəhbərin işçiləri isə məcburi köçkün şəhərciyinin su təminatını müəyyən qrafik çərçivəsinə salmaq qərarını veriblər.

Sakinlərin sözlərinə görə “gündə iki dəfə- səhər və axşam, 2 saat su verilir.”

Demək ki, həmişə rəhbərin qərarı keçərli olmur. Ya da rəhbər özü verdiyi qərardan peşman olub, komandasına deyib ki, “mən etdim, siz etməyin”.

Əlqərəz.

Bu məlumat redaksiyamıza daxil olan kimi, dərhal DogruXeber.az informasiya agentliyinin rəhbəri Kamal Əsgərov Qaradağ rayon Müşfiqabad qəsəbəsi, eyni zamanda “Məcburi köçkün şəhərciyi” və Pereküşkül qəsəbəsinin “su- nasosları üzrə mərkəz”in müdiri Yusif Dünyamalıyev ilə telefon əlaqəsi saxlayıb, suyun kəsilmə səbəbləri soruşdu.

Y. Dünyamalıyev məsələyə qısa və konkret “Qaradağ rayon su-kanal idarəsinin rəisi Elnur müəllimin göstərişi belədir və biz bu göstərişə qarşı çıxa bilmərik. Bu belə də olmalıdır.” cavabını verdi.

Y.Dünyamılevin verdiyi cavabdan belə çıxır ki, onlar üçün yalnız aprelin 22-i pandemiya şəraitində, heç bir karantin qaydalarına əməl olunmadan, “Azərsu”ASC-nin Qaradağ rayon “Su-kanal idarəsi”nin inzibati binasında özünə təmtəraqlı “doğum günü” qeyd edən Elnur Əliyevin “qanunlar”ı və qərarları keçərlidir.

“Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
“Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO

Məsələ haqqında daha geniş məlumat almaq üçün növbəti telefon zəngimiz Su-kanal idarəsinin müdir müavini İzmir Əmirova oldu.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/ZmFRsAlXbak'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

İ.Əmirovun də cavabı qısa oldu ki, “artıq su bərpa olunub. Münasib yerdə deyiləm, burdan çıxanda əlaqə saxlayıb daha ətraflı məlumat verəcəm.”

Amma, əfsuslar olsun danışmamızdan bir neçə saat keçməsinə baxmayaraq nə İ.Əmirovun dediyi kimi su bərpa olunub, nə də İzmir müəllim özü bizimlə əlaqə saxlayıb.

Sakinlər bildirirlər ki, “su bərpa edilməyib. Həmin “işəyaramaz” qrafik hələ də qüvvədə qalır.”

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
“Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
“Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
“Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
“Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
“Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO

 

 

araz.az

araz.az xəbər portalı.