Azərbaycanda əlillik yeni qaydalar əsasında təyin olunacaq.
araz.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyin müəyyən olunması ilə bağlı yeni meyarlar hazırlanıb. Bu meyarlara əsasən əlilliyi olan hər bir şəxsə fərdi yanaşma olacaq və şəffaflığın tam təmin olunması həyata keçiriləcək.
Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova bildirib ki, burda əsas mahiyyət ondan ibarətdir ki, orqanizmin xəstəlik, çatışmazlıq və ya zədə fəsadlarının, orqanizmin əsas həyat fəaliyyəti kateqoriyalarının birinin və ya bir neçəsinin itirilməsi faizlərlə hesablanacaq və bu yanaşma onların sosial müavinətlərinə də təsir göstərəcək.
Gülnar Əzizova qeyd edib ki, hərbi səbəblərlə əlillik təyin edilmiş şəxslərin müayinələri də yeni meyarlara əsasən həyata keçiriləcək. Hazırda müvafiq dövlət strukturları tərəfindən hərbi səbəblərlə əlaqədər əlillik müddəti başa çatmış və yaxud da tibbi ekspertiza sənədlərində hər hansı bir ziddiyət yaranan əlilliyi olan şəxslərin müayinələri həyata keçirilir. Onlardan 15-nin xəstəlik diaqnozlarının əlilliyə əsas vermədiyi, bu diaqnozların onların sağlamlıq vəziyyətlərinə uyğun olmadığı müəyyən edilib.
Qurum rəsmisi əlavə edib ki, nazirlik tərəfindən mütəmadi olaraq keçirilən monitorinqlər nəticəsində 7 min saxta əlillik faktı qeydə alınıb və ləğv edilib
araz.az
araz.az xəbər portalı.