Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) biotexnoloji “Moderna” şirkəti tərəfindən hazırlanmış koronavirusa qarşı vaksini fövqəladə vəziyyətlər zamanı istifadə üçün tövsiyə olunan peyvəndlər siyahısına daxil edib.
“Bu gün ÜST “Moderna” COVID-19 peyvəndini (mRNA 1273) fövqəladə vəziyyətlərdə istifadə üçün dərmanlar siyahısına daxil etdi və bu, təşkilat tərəfindən təsdiqlənən beşinci peyvənd oldu”, – ÜST-ün açıqlamasında deyilir.
Dərman m-RNT-yə əsaslanır və ÜST-ün qiymətləndirmələrinə görə 94,1 % təsir göstərir. Peyvənd mənfi 15 dərəcədən 25 dərəcəyədək temperaturda, eyni zamanda 2-8 dərəcədə 30 günə qədər saxlanıla bilər.
araz.az
araz.az xəbər portalı.