cavusoglu90cavo

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı onun ailəsinə və Azərbaycan xalqına başsağlığı verib.

araz.az xəbər verir ki, türkiyəli nazir bu barədə öz tvitter səhifəsində yazıb.

“Can Azərbaycanın gənclər və idman naziri, qardaşımız Azad Rəhimovun vəfatı xəbərini böyük bir kədər hissi ilə qarşıladım. Mərhuma Allahdan rəhmət, onun ailəsinə və bütün azərbaycanlı qardaşlarımıza səbr və başsağlığı diləyirəm. Məkanı cənnət olsun”, – M.Cavuşoğlu tvitində yazıb.

 

 

araz.az

araz.az xəbər portalı.