Ötən gün dünyasını dəyişən Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov ictimaiyyətə müraciət edib.
araz.az xəbər verir ki, Arif Rəhimov “facebook” hesabında yazıb:
“Atam Azad Rəhimov dünən Bakı vaxtı ilə saat 22:45-də ağciyər xərçəngindən müalicə aldığı Amerika Birləşmiş Ştatlarında dünyasını dəyişib. O, uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəksə də, həyatının son anına qədər Vətənini, dövlətini düşünürdü. Atam çox xoşbəxt idi ki, sağlığında Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağı azad etməsinin şahidi oldu”.
Arif Rəhimov daha sonra qeyd edib ki, Azad Rəhimov yaxşı övlad, yaxşı ata, yaxşı dost olmaqla bərabər dövlətini sevən vətəndaş idi:
“Atam, babası Sadıq Rəhimovdan miras qalan dövlətçilik ənənələrini yaşadaraq, hər zaman Vətəni üçün çalışırdı.
Azad Rəhimov tək nazir deyil, ictimai xadim idi.
Biz bilirik ki, bir çox insan onunla sağollaşmaq istəyir, ancaq pandemiya səbəbindən anlayış göstərərək dəfn mərasiminə gəlməməyinizi xahiş edirik.
Ailəmiz üçün bu çətin anda bizə dəstək olan cənab Prezidentə, hörmətli Vitse-prezidentə və ictimaiyyyətə təşəkkür edirik.
Allah rəhmət eləsin!”.
araz.az xəbər portalı.