Yenixeber.org: Son bir neçə ildir ki,ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən dövlətvə qeyri dövlət qurumlarında vəzifə sahibi olan şəxslərə düzgün və şəffaf işləmək,korrupsiya əməllərinə qol qoymamaq və s. yöndə lazımi tapşırıqlar verilir. Buna baxmayaraq, deyəsən verilmiş tapşırıqların“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”ndə rəhbər vəzifə sahibi olan şəxslərə heç bir aidiyyatı yoxdur. Çünki adı çəkilən bu dövlət qurumu bir növ ailə biznes mərkəzinə çevrilib desək, heç də yanılmarıq. Diqqət yetirək ki, bir tərəfdə ölkə rəhbəri kadr, struktur, siyasi və iqtisadi islahatlar həyata keçirir, mühüm dövlət postlarına cavan, enerjili, savadlı kadrlar təyin edir,dələduz məmurları vəzifələrindən uzaqlaşdırır, bəziləri həbsə göndərilir, korrupsiya hallarının qarşısını alınması istiqamətində ciddi addımlar atılır, əməkdar mühəndis fəxri adını daşıyan Məmmədov Saleh Ərşad oğlunun rəhbərlik etdiyi“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin”də isə, fərqli ab-hava hökm sürməkdə davam edir. Yəni, hal-hazırda adı çəkilən bu dövlət qurumunu ailə biznes mərkəzinə çevrilməsi bir kimsədə şübhə doğurmur. Buna səbəb, Dövlət Agentliyində rəhbər vəzifələrə təyin olunan şəxslərin tam əksəriyyətinin Saleh Məmmədovla qohumluq əlaqələrinin olmasıdır. Qohumluq əlaqəsi olmayan şəxslər də, Agentlik sədrinə bu və ya digər yollarla bağlı olan şəxslərdirlər. Məsələnin diqqəti cəlb edən halı ondan ibarətdir ki, hazırda“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin”in rəhbərliyində vəzifə sahibi olan şəxslərin hər biri geniş içtimaiyyət arasında “milyonçu şəxs” deyə tanınırlar. Adicə bir faktı qeyd edək ki,Agentlik sədrinin qudası olan və Avtomobil Yollarının Təmiri və İstismarı baş idarəsinin rəisi vəzifəsini daşıyan Əflatun Qasımovun məxsus olduğu var-dövlətin sərhəddini müəyyən etmək heç cür mümkün deyil. Bir anlığa diqqət yetirək ki, bu şəxsin Balaxanı qəsəbəsində bir asfaltzavodu, Qaradağ rayonu ərazisində dəyəri milyonlarla qiymətləndirilən 4-5 ədəd gizli zavodu, Novxanıda gözəgəlimli villası, restoranı və s. kimi daşınan-daşınmaz çoxsaylı əmlakları var. Sözsüz ki, Avtomobil Yollarının Təmiri və İstismarı baş idarəsinin rəisi Əflatun Qasımovun belə bir həcmdə var-dövlətə sahib olmasının kökündə, məhz onun Saleh Məmmədovla quda olması, eyni zamanda rəhbərliyin “qara kassası” funksiyasını uğurla yerinə yetirməsidir. Onu da unutmaq olmaz ki, baş idarə rəisinin sahib olduğu var-dövlətin varlığı, onun övladlarına da öz təsirini göstərir. Yəni, hazırda Əflatun Qasımovun oğlunun Abşeron RPŞ, Mehdiabad polis bölməsinin rəisi olduğu bildirilir.
Başqa bir məqamı da qeyd edək ki, Avtomobil Yollarının Təmiri və İstismarı baş idarəsinin rəisi Əflatun Qasımov təkcə daşıdığı vəzifəsinin imkanlarından yararlanmır, hətta o,“Körpü-Bina Tikinti”MMC-nin rəhbəri Xəlil Göyüşova himayədarlıq etməklə də, kifayət qədər qazanc əldə etməyi bacarır. Yəni, o, daşıdığı vəzifəsinin imkanlarından, daha çox Saleh Məmmədovla quda olmasından sui-istifadə edir və tikinti işləri ilə bağlı həyata keçiriləcək ən böyük layihələri, məhz Xəlil Göyüşovun rəhbərlik etdiyi MMC-yə həvalə etdirir. Bütün bunlar onu subut edir ki,baş idarənin rəisi Əflatun Qasımov“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin”in rəisinə söykənərək hər cür hoqqalardan çıxmağı bacarır. Bu şəxsin baş mühasib Müseyib Həmzəyevlə qurduğu işbirliyi də, olduqca sensasion məlumatları əldə etməyə imkan verir.
Redaksiyamıza daxil olan başqa bir məlumatlarda isə vurğulanır ki, Qasımov soyadını daşıyan bu şəxs yaxın qohum-əqrəbasını “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin”in sturuktur vahidlərində işlə təmin etdirməyi də unutmur. Belə bir səbəbdəndir ki, hazırda yol istismarı idarələrində bu şəxsin qohum-əqrəbası daha çoxluq təşkil edirlər. Məsələn,Əflatun Qasımovun qohumlarından olan14 №-li Xüsusi Yəyinatlı Yol İstismar MMC-nə rəhbərlik edən Araz Bəndəliyev, adı çəkilən bu şəxsə arxalanaraq aparılan tikinti işlərinə lazımınca nəzarət etmir. Belə bir səbəbdən də, həyata keçirilən tikinti işlərində ara-sıra faciəli hadisələr baş verir. Məsələn, söylənilənə görə bu gün14 №-li XüsusiYəyinatlı Yol İstismar MMCtikiti işlərində çalışan şəxs texniki təhlükəsizlik qaydalarına əməl etmədiyindən yerə yıxılır və dünyasını dəyişir. Bu və buna bənzər hadisələr indiyi kimi bir neçə dəfə baş versə də,baş idarənin rəisiyaşanan faciələrə gözucu baxır. Çünki,Əflatun Qasımovun qudası, özünə “arxa-dayaq” hesab etdiyi Saleh Məmmədov hələ də vəzifə başındadır.Bəzi çevrələrdə isə belə bir söz-söhbət dolaşır ki,baş idarənin rəisiara-sıra “levı işlər”lə məşğul olmağı da imkan tapır. Bu haqda hər kəsə növbəti yazılarımızda ətraflı məlumat verməyə çalışacağıq.
Ona görə də bizi izləyin ki, bizim yazdıqlarımızdan xəbəriniz olsun.
araz.az
araz.az xəbər portalı.