“Bir sənədi axtarıram, o səbəbdən cinayət işimi vərəqləyirəm. Qarşıma nə çıxsa, yaxşıdır. Sən demə, cinayət işimdəki 213-cü maddənin o işə dürtülməsində rolu olanlardan biri də Alimpaşa Məmmədovdur”.
araz.az pravda.az-a istinadən xəbər verir ki , bunu jurnalist Əvəz Zeynallı deyib.
“Alimpaşa Məmmədov – 4 milyonluq parkı oğluna 40 manata satan “maral” Alimpaşa. O zaman vergilərdə işləyirmiş – Fazil Məmmədovun yaxın adamı kimi. Heç diqqətimi çəkməyib. Qəbirqazanlardan biri imiş… Vikipediyaya baxıram, 30 aprel 2021-ci ildə gecə yarısı bütün bilgiləri siliblər – üzqızardıcı nə var ki?! Bax belə… Mənim cinayət işimdə Alimpaşa da varmış…” – Ə.Zeynallı qeyd edib.
araz.az xəbər portalı.