Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski hakimiyyəti Rusiya Kommunist Partiyasını bağlamağa və Gennadi Zyüqanovun partiyasını “dövlət əleyhinə təşkilatlar” siyahısına əlavə etməyə çağırıb.
araz.az xəbər verir ki, o, bunu “Komsomolskaya Pravda” radiosunun efirində bildirib.
Siyasətçiyə görə, siyahıda mövcud hakimiyyəti (Vladimir Putin) devirməyi özlərinə hədəf seçən partiyalar və təşkilatlar yer almalıdır. Jirinovski nümunə olaraq, Rusiya Kommunist Partiyası, Ədalətli Rusiya və Sol Cəbhə partiyalarını, habelə Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunu göstərib. O, fondun “xarici agent” adlandırdığı Navalnı tərəfindən təsis edildiyini bildirib. Jirinovski kommunistləri də, “cinayətkar” adlandırıb.
Partiya lideri keçən ilin aprel ayında kommunistlərin Vladimir Leninin anadan olmasının 150 illiyi şərəfinə Qırmızı Meydandakı məqbərənin önündə mitinq təşkil etdikləri təqdirdə həbs olunmalarını istəmişdi.
araz.az xəbər portalı
araz.az xəbər portalı.