anarmemmed12

“Erməni vandalizmi sərhəd tanımır, bu proses xalqın qədim tarixi abidələrinin, mədəniyyət nümunələrinin dağıdılmasına yönəlib və Ermənistan tərəfindən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibəti dünya irsinə qarşı yönələn təhdiddir. Əfsuslar olsun ki, erməni vandalizmi təkcə bizim xalqın qədim tarixi abidələrinin, mədəniyyət nümunələrinin dağıdılmasına yönəlməyib, erməni vandalları keçmiş Sovet xalqlarının Böyük Vətən Müharibəsinə həsr olunmuş ümumi qəhrəmanlıq tarixi abidələri olan monumentlərin məhv edilməsini, eyni zamanda Hindistanın milli və dini lideri Mahatma Qandinin heykəlinin kobud şəkildə təhqir olunmasını da özünə rəva görüb.”

araz.az xəbər verir ki , bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, Hindistanın Azadlıq Hərəkatının siyasi və ruhani lideri, erməni yalanlarına heç vaxt dəstək verməyən Mahatma Qandinin heykəlinin yandırılması bir daha erməni gəncliyinin faşizm ruhunda tərbiyə edildiyini sübut edir: “Heykəlin təhqir edilməsi ermənilərin “çörəyi dizinin üstündə olan” xalq olması ilə bağlı başqa tarixi hadisələri də yada salır. Çünki onlar Njdenin ideyaları əsasında tərbiyə edilirlər. Görünür, faşist Njdeyə abidə qoyacaq qədər azğın mahiyyətə sahib olan erməni cəmiyyəti üçün hind xalqı ilə dostluq da heç bir anlam daşımır. İndiki Ermənistan üçün yüz illərdən bəri Hindistana sığınan çox sayda erməninin orada zəngin evlər, villalar tikib, milyonlara sahib olub, firavan həyat sürməsi də yaddan çıxır.”

Deputat vurğulayıb ki, bu fakt onu göstərir ki, erməni vandallarının xəstə təxəyyülü dəyişməz olaraq qalır: “30 ilə yaxın bir dövrdə Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzündən təkcə soydaşlarımız deyil, yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız zərər görüb. Milli mənsubiyyəti və qədim tarixi, milli, dini ənənələri özündə ehtiva edən abidələr tamamilə uçurulub. Bu abidələrin erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhd edilib. İşğal altındakı abidələr, o cümlədən digər mədəniyyət göstəriciləri dağıdılıb, təmir adı altında dəyişdirilib, təhqir olunub. Bütövlükdə isə beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün bəşər mədəniyyətinə qarşı təcavüzdür. Qarabağın məhv edilən tarixi və talan edilən mədəniyyəti ermənilərin iç üzünü ortaya qoymaq üçün kifayətdir. Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.”

A.Məmmədov diqqətə çatdırıb ki, Mustafa Kamal Atatürkün və azərbaycanlıların dostu, soyqırımı əleyhdarı adlandırdıqları Qandinin heykəlinin kobudcasına təhqir olunması Hindistan xalqına, onun liderinə və tarixinə ermənilər tərəfindən nə qədər nifrət bəslədiklərini bir daha sübut etdilər: “Cansız bir heykələ olan bu vəhşi hücum bir daha sübut edir ki, onlar Xocalıda da qadınlara və uşaqlara eyni nifrət və qəddarlıqla hücum ediblər.”

“İki sahil”

araz.az xəbər portalı.