erdogan yeni

“İtaliya Afrikada Ərdoğanın liderliyindəki Türkiyəyə uduzdu”.

araz.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın “Over” saytında dərc olunan məqalədə bildirilib.

Məqalə Türkiyə Afrika Buynuzunu İtaliyadan necə təhvil aldı?” başlığı ilə dərc edilib.

Mənbə Türkiyənin bir çox Afrika ölkəsinə böyük həcmdə investisiyalar yatıraraq, qitədə öz nüfuz dairəsini hiss ediləcək səviyyədə artırdığını yazıb:

“Osmanlılar Aralıq dənizini əhatə edən Ərəb limanlarından Sahelə və Afrika Buynuzundan Ümid burnuna qədər gücləndirkləri “qara qitə”yə yenidən Ərdoğanın liderliyindəki Türkiyə ilə girdilər”.

Sayt Türkiyənin qitədəki investisiyalarına da diqqət çəkib:

“Türkiyə ciddi qıtlıq ili olan 2011-ci ildən bəri qitəyə diqqətçəkən formada investisiya yatırmağa başladı. Bununla son 10 ildə bir əsrdir bölgədə öz üstünlüyünü qoruyan İtaliyanın yerinə keçdi”.

Afrikanın şimal-şərqində Somali, Cibuti, Etiopiya və Eritreyanın yer aldığı bölgə “Afrika Buynuzu” adlandırılır. Afrika Buynuzu Avropa və Uzaq Şərqi bir-birinə bağlayan dəniz yolları səbəbindən strateji əhəmiyyətə malikdir. Bu səbəbdən qlobal və regional güclər Afrika Buynuzundakı liman, hərbi və mülki hava limanlarını almaq üçün rəqabət aparırlar.

 

araz.az xəbər portalı.