cavusoglu

“Səfərimizin məqsədi Liviyaya dəstəyimizi daha da artırmaq, strateji ortaqlığımızı inkişaf etdirmək və ikitərəfli əlaqələrimizi genişləndirməkdir”.

araz.az xəbər verir ki , bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Liviya Milli Hökumətinin xarici işlər naziri Necla el-Menquşla keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Liviya Milli Hökumətinin Baş naziri Abdulhəmid Dubeybe və həmkarı Necla el-Menquşla Şərqi Aralıq dənizi, Liviya ilə iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində danışıqlar aparıb.

Onun sözlərinə görə, keçirdiyi görüşlərdə türkiyəli iş adamlarının Liviyada fəaliyyətini bərpasına dair fikir mübadiləsi aparılıb.

XİN başçısı bu il ərzində Liviya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasını keçirməyi planlaşdırdıqlarını da vurğulayıb: “Liviyada olmaqdan böyük məmnuniyyət duyuruq. Liviya ilə tarixi və mədəni əlaqələrimizin tarixi çox qədimdir. Türkiyə olaraq Liviyanın ərazi bütövlüyü, suverenliyi və siyasi birliyinə önəm veririk. Liviyada daimi sülh və rifah üçün səylərimizi əsirgəmirik. Tripoliyə hücumlar qarşısında Liviyanın çağırışlarına sadəcə Türkiyə müsbət cavab vermişdi. Təhlükəsizlik və əməkdaşlıq çərçivəsində Liviyaya dəstəyimiz ölkədəki vətəndaş müharibəsinin, qardaş qırğının qarşısını aldı. Türkiyə Liviyaya dəstəyini davam etdirəcək”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.