“Ölkəmiz günü-gündən inkişaf edir” təsəllisi ilə, ölkəmiz bəzi sahələrdə sürətlə geriləyir. Bu geriləmənin səbəbləri də “sapı özümüzdən olan baltalardır.
Adına “məmur” dediyimiz həmin “balta”lar sırf öz qarın və cibləri” uğruna xalqın haqqını talayır, bizi dövlətdən, dövlətçilikdən incik salırlar.
Çox təəssüflər olsun ki, bu kimi məmurların siyahısı böyükdür və siyahıda Sosial Müdafiə Naziri Sahil Babayev, (nəhayət ki) keçmiş Səhiyyə Naziri Oktay Şirəliyev ön sıraları bölüşdürürlər.
2005-ci ildən Səhiyyə Naziri kimi “start götürən” Oktay Şirəliyev sən demə “Hippokrat”a Azərbaycan səhiyyəsini loru dildə desək “yanıüstə” qoyacağına and içibmiş.
Əhsən.
“Andına Sadıq oğlan” imiş “bizim” Oktay müəllim.
Dediyini etdi və nəhayət ki, getdi.
Gedərkən özünün “böyütdüyü” kadrlarını da özü ilə götürməyi unutmadı “sağ olsun”.
Həmin Oktay Şirəliyevin yarıtmaz idarəçiliyinin nümunələrindən biri də bir neçə gün bundan öncə korrupsiya faktları ilə həbs edilən “Medstyle”hospitalının baş həkimi İmran Ağayevdir.
Xatırladaq ki, 2019-cu ildə DogruXeber.az informasiya agentliyinə Beyləqan rayon Əhmədli kənd sakini Hüseynov Pənah Hüseyn oğlu tərəfindən daxil olan müraciət redaksiyamız və “MUM.TV” YouTube kanalımızda yayımlanmışdı.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/HbWH1axVHcU'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]Pənah Hüseynov müraciətində bildirirdi ki, səhhətində yaranan problemlərlə bağlı həmkəndlisinin tövsiyyəsi ilə Bakı Şəhər Mərkəzi Klinik Xəstəxanasına gedib. Onu müayinə edən Mərkəzi Klinik Xəstəxananın həkimi Niyaməddin həkim təcili əməliyyat olunmalı olduğunu bildirib. Bu əməliyyatı da “Medstyle”hospitalında çalışan Qardaşxan adlı bir professorun daha profesional edə biləcəyini bildirib.
Məsələ dəfələrlə redaksiyamızda yayımlandığı yuxarıdakı videoda ətraflı göründüyü üçün çox yazıb oxucularımızı yormaq istəmirik.
Birbaşa məsələnin hələ tamamlanmamış nəticələrinə keçid edirik.
Əvvəlcə onu da qeyd edək ki, zərərçəkmiş Pənah Hüseynov dəfələrlə, hətta 2021-ci ilin əvvəlinə qədər təkrar-təkrar Nərimanov rayon prokurorluğuna və baş prokurorluğa və digər dövlət qurumlarına şikayət edirdi.
Prezident İlham Əliyevin 21 iyun 2020-ci il tarixli sərəncamı ilə Baş prokurorluqda köklü dəyişikliklər edildi. Belə ki, baş prokuror Zakir Qaralovun fəaliyyətinə xitam verildi və onun yerinə Kamran Əliyev Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə təyin olundu.
Kamran Əliyevin vəzifəyə gəlişindən sonra zərərçəkmiş Pənah Hüseynovun da şikayət ərizələri açılıb oxundu və sözügedən məsələ barədə cinayət işi açıldı.
Nəhayət ki, bir neçə gün bundan öncə mətbuatda xəbər yayıldı ki, “Medstyle” hospitalı 25.000 (iyirmi beş min) AZN cərimə olunub və həmin məbləğ dövlət büdcəsinə köçürülüb. Baş həkim İmran Ağayev isə korrupsiya faktlarına görə həbs olunub.
Əlavə edək ki, digər günahkar həkimlər haqqında hələ ki, heç bir tədbir görülməyib.
Zərərçəkmiş Pənah Hüseynov yenidən DogruXeber.az informasiya agentliyinin redaksiyasına müraciət edib. P.Hüseynov bu dəfəki müraciətində bildirir ki, “hospital cərimə olunub, baş həkim həbs olunsa da mənə dəymiş maddi və mənəvi ziyan hələ də ödənilməyib.”
P.S: P.Hüseynov ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün Nərimanov rayon Məhkəməsinə müraciət edib. Yaxın günlərdə Məhkəmə prosesi baş tutacaq.
P.S.S: Hüseynov yenidən redaksiyamıza yenidən müraciət edərək yaxın günlərdə baş tutacaq Məhkəmə prosesində aidiyyəti və səlahiyyətli şəxslər tərəfindən məsələ haqqında ədalətli qərar veriləcəyinə ümid etdiyini bildirib.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/8MdpcQdg-l0’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
araz.az xəbər portalı.