18 may tarixi dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə, 1977-ci ildə xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif şüarlar altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Gününün şüarı isə, “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” dır. Bu barədə, Azərbaycan Milli Xalça Muzeyindən araz.az-a daxil olan məlumatda deyilir ki, Milli Xalça Muzeyi dünyadakı koronavirus təhlükəsini nəzərə alaraq, bu il də, Beynəlxalq Muzeylər Gününü onlayn formatda silsilə tədbirlərlə qeyd edəcək.
Belə tədbirlərdən biri mayın 18-də, saat 19:00-da muzeylər arasında ilk dəfə Azərbaycan Milli Xalça Muzeyi tərəfindən keçiriləcək “Nə? Harada? Nə zaman?” intellektual oyunudur. “Zoom” proqramı vasitəsilə, Azərbaycan dilində baş tutacaq oyunda 20 komanda iştirak edəcək və oyun muzeyin rəsmi Facebook səhifəsindən canlı olaraq yayımlanacaq. Qeyd edək ki, iştirakçılara ünvanlanacaq sualların mövzusu incəsənət sahəsini əhatə edəcək, o cümlədən dünya muzeyləri, xalçaçılıq sənəti və Azərbaycan Milli Xalça Muzeyi ilə bağlı olacaq.
Azərbaycan Milli Xalça Muzeyi
intellektual və yaradıcılıq imkanlarını sınamaq istəyən hər kəsi oyuna qatılmağa dəvət edir. Bunun üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz:
https://form.jotform.com/211223719513448
İştirakçı komandaların sayı məhdud olduğundan, qeydiyyatdan keçən ilk 20 komanda iştirak haqqı qazanacaq, digər komandalar gözləmə siyahısında yer alacaq.
***
The Azerbaijan National Carpet Museum will celebrate International Museum Day online with a series of events
İnternational Museum Day is celebrated worldwide every year on 18 May. This holiday organized at the initiative of the ICOM since 1977 is aimed to promote cultural exchange and cooperation between peoples and celebrated each year following different themes. This year’s theme is The Future of Museums: Recover and Reimagine.
Due to the public health risk posed by the COVID-19 pandemic, the Azerbaijan National Carpet Museum will celebrate International Museum Day online with a series of events.
One of these events is the intellectual game “What? Where? When?” on the museum topic. The game will be held on May 18, 19:00 in the Azerbaijani language and delivered live on the museum’s FB page. 20 teams connected via Zoom will answer questions on arts, world museums, carpet weaving, and the Azerbaijan National Carpet Museum.
HURRY! Register following the link to join the game: https://form.jotform.com/211223719513448
The number of participants is limited. The first registered 20 teams will be eligible to participate, all other teams will be included in the waiting list.
***
Национальный Музей Ковра отметит Международный День Музеев серией мероприятий в онлайн-формате
18 мая во всем мире отмечается как Международный День Музеев. Основанный в 1977 году по инициативе Международного Совета Музеев (ICOM) с целью содействия культурному обмену и сотрудничеству между народами, праздник ежегодно проводится под разными девизами. Девиз Международного Дня Музеев в этом году — «Будущее музеев: возрождение и новые перспективы».
Учитывая угрозу коронавируса, Азербайджанский Национальный Музей Ковра в этом году отметит Международный День Музеев серией мероприятий в онлайн-формате.
Одним из таких мероприятий станет интеллектуальная игра «Что? Где? Когда?» на музейную тематику, которую проведет Азербайджанский Национальный Музей Ковра 18 мая в 19:00. С помощью программы “Zoom” в игре, которая пройдет на азербайджанском языке, примет участие 20 команда. Трансляция игры будет идти на официальной странице музея в Facebook. Отметим, что вопросы, адресованные участникам, охватывают сферу искусства, включая мировые музеи, ковроткачество и Азербайджанский Hациональный Mузей Kовра.
Музей приглашает всех, кто хочет испытать свои интеллектуальные и творческие способности, присоединиться к игре. Зарегистрироваться можно по ссылке:
https://form.jotform.com/211223719513448
Количество команд-участниц ограничено, поэтому право участия получит 20 команда, первой прошедшая регистрацию, а остальные команды будут занесены в список ожидающих.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.