WhatsApp Image 2021 05 04 at 16.00.36

İndiyədək Azərbaycan Mətbuat Şurasının binasında “COVID-19” əleyhinə vaksinin birinci dozasının tətbiq edildiyi jurnalistlərə, mayın 6-dan başlayaraq vaksinin ikinci dozasının tətbiqi başlanılacaq. Mətbuat Şurasından araz.az-a daxili olan məlumata görə, aprel ayının 9-da vaksinasiyadan keçmiş media təmsilçiləri üçün, ikinci doza may ayının 6-da, aprelin 12-i və 13-ü tarixlərində birinci doza tətbiq edilmiş jurnalistlərə isə, aprelin 16-da ikinci doza tətbiq ediləcək.
Aprelin 26-da vaksinin birini dozası tətbiq edilən jurnalistlərlə bağlı, Mətbuat Şurası tərəfindən əlavə məlumat veriləcək.
Qeyd edək ki, vaksinasiya yenə də Mətbuat Şurasının binasında keçiriləcək.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.