Putin və Makron tezliklə Qarabağ münaqişəsinin həlli və vəziyyəti sabitləşdirmək üçün konkret təkliflərlə çıxış edəcəklər.
araz.az Ovqat.com-a istinadən xəbər verir ki, Fransanın Ermənistandakı səfiri Conathan Lakot erməni mediasına açıqlamasında belə deyib.
Onun sözlərinə görə, danışıqların bərpası və məhkumların qaytarılması da daxil olmaqla humanitar problemlərin həlli ATƏT-in Minsk qrupunun həmsədr ölkələri üçün “prioritet”dir.
Qeyd edək ki, bu gün rus “sülhməramlı” generalı Rüstəm Muradov Bakıya üçmuş və 3 erməni terrorçusunu özüylə İrəvana aparıb. İddialara görə, həmin terrorçular hər hansı diversiya hərəkətində iştirak etmədiyi üçün rəsmi Bakı humanizmindən yararlana biliblər. Amma görünən budur ki, erməni havadarları bu humanizmi “üzüyolalıq” kimi anladığından erməni diversantlarının hamısının sərbəst buraxılmasını tələb edirlər. Ona görə də ən salamatı bir erməniyə, bir rusa, bir də fransıza üz verməməkdir.
araz.az
araz.az xəbər portalı.