Avropa Parlamentinin fransalı üzvü, Fransanın keçmiş nəqliyyat naziri Tyeri Maryani “BFMTV” də Jan Jaq Burdinin moderatorluğu ilə baş tutan “Bourdin Direct” verilişinin qonağı olub. T.Maryani Qarabağ münaqişəsinə dair suallara beynəlxalq hüquqa söykənən tutarlı cavablar verib. Qərəzli sualları ilə diqqət çəkən aparıcı obyektiv cavabları eşitdikcə hiddətini gizlədə bilməyib.
“Sherg.az” müsahibəni xırda ixtisarlarla təqdim edir.
Jan Jaq Burdin:
– Qarabağda Azərbaycanın ermənilərə qarşı müharibə cinayətlərini qınayırsınızmı?
Tyeri Maryani:
– Bunu “müharibə cinayəti” adlandırmazdan əvvəl düşünmək lazımdır. Bu və ya digər formada kimlərinsə təxribat “tələ”sinə düşmək olmaz. Qarabağ məsələsi ilə bağlı Beynəlxalq İstintaq Komissiyası var. Bu Komissiya bütün həqiqətləri bilir. Nəyin, necə baş verdiyindən xəbərdardır.
Aparıcı Jan Jaq Burdin qonağın sözünü yarıda kəsir və qəzəbli halda dillənir:
– Azərbayanlılar bəyan edirlər ki, erməniləri Qarabağdan iti qovan kimi qovmaq lazımdır…
Tyeri Maryani:
– Bəli, bu, bir az sərt bəyanatdır, amma əminəm ki…
Bu məqamda Jan Jaq Burdin yenə müdaxilə edir:
– Siz Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyirsiniz?
Tyeri Maryani:
– Mən heç kəsi dəstəkləmirəm, hər hansı bir əlaqəm də yoxdur. 3 il Fransa – Azərbaycan Dosluq qrupunun prezidenti olmuşam. 5 il Qazaxıstan, 5 il də Ukrayna ilə dostluq qrupunun rəhbəri kimi fəaliyyət göstərmişəm. Cənab Renod Müzelyenin (Tyeri Maryaninin keçmiş rəqibi, 2019-cu ilə qədər Avropa Parlamentinin fransalı üzvü) mövqeyi ilə tanışam. O da bu ölkələri yaxşı tanıyırdı. Bu barədə internetdə materiallar var, baxa bilərsiniz. 2003-cü ildə R.Müzelye və dövlət katibi Azərbaycana rəsmi səfər etdilər. Səfər zamanı imzalanan sənəddə biz nə görürük? Onu sizə təqdim edirəm. O, sənəddə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını yazır. Hər şey bu qədər aydındır.
Jan Jaq Burdin
-Sizin kimi?
Tyeri Maryani:
Bəli, mən də fikrimi dəyişmirəm… R.Müzelye Bakıda olarkan aydın şəkildə bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Münaqişə ilə bağlı aydın mənzərə bundan ibarətdir. Bu, islamçıların xristianlara qarşı münaqişəsi deyil. Mən dünyanın dörd bir yanında olan xristianları müdafiə etmişəm, edirəm. Hətta buna görə cənab R.Müzelye məni tənqid etmişdi. Suriya və İraqdakı 1 milyon xristianı dəstəkləmək üçün o ölkələrə səfər etmişdim. Bu mənada hesab edirəm ki, son Qarabağ müharibəsi müsəlman ölkəsi olan Azərbaycanın xristianlar qarşı savaşı deyil. Bu, Azərbaycanın milli məsələsidir. Həqiqətən də bu bölgəyə kömək etmək istəyiriksə, tərəflər arasında dialoq mühiti formalaşdırmalıyıq. Ən azı 10 dəfə Cənubi Qafqaz regionunda olmuşam…
Jan Jaq Burdin qəzəbli halda bir də təkrar edir:
– Erməniləri it kimi qovmaq lazımdır hə?
Tyeri Maryani:
-Xeyir qovmaq lazım deyil, sadəcə…
Jan Jaq Burdin yenidən Tyeri Maryaninin sözünü yarıda kəsir:
–Qarabağ Azərbaycan ərazisidir?
Tyeri Maryani:
-Bəli, beynəxalq hüquqa görə, Qarabağ Azərbaycan ərazisidir. Və biz bu gün o ərazidə sülhə nail olunmasına çalışmalıyıq. Qarabağ Almaniya və Fransa arasında Elzas -Lotaringiyaya bənzəyir. Əsas məsələ odur ki, Azərbaycan və Ermənistan arasında dialoq mühiti yaradılmalıdır, uzun illər birgə yaşayan Azərbaycan və erməni xalqları arasında ünsiyyət bərpa edilməlidir. Qarabağdakı münaqişə ocağını söndürmək lazımdır.
Qeyd edək ki, bu müsahibə Ermənistan cəmiyyətində bunt qaldırıb. Rəhbəri erməni olan fransızdilli sayt “armenews.com” da “Tyeri Maryaniyə görə Qarabağ Azərbaycan ərazisidir” başlıqlı məqalə dərc olunub. Materialda Qarabağa dair bütün həqiqətlər təhrif olunub.
Fotonu təqdim edirik.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/fIhV5OOJHiw’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
AYYƏT ƏHMƏD
araz.az xəbər portalı.