Ermənistan KİV-də günün aktual mövzularından biri “Koşkaryan mövzusu”dur. Bu mövzu elə bir məqamda populyarlıq qazanıb ki, 44 günlük II Qarabağ Müharibəsininin nəticələri hələ də Ermənistanda çoxları tərəfindən “milli faciə” kimi müzakirə olunmaqdadır. Həmin “milli faciə” isə odur ki, Azərbaycan 29 il əvvəldən bəri birbaşa Rusiyanın iştirakı ilə, zor gücünə alınmış, beynəlxalq hüquq, insanlıq normalarına görə ona aid olan ərazilərinin böyük bir hissəsini (4.2 kv.km hələ də qarşı tərəfdədir) qaytara bilibdir.
Və bu bizim əziz qonşularımız tərəfindən “əsl milli faciə”, ermənilərin papağını “yerə soxmaq” kimi qəbul edilir.
Danışacağımız hekayət də bu cəhətdən ibrətamizdir.
Deməli, belə: Hakob Koşkaryan 1992-ci ildə Qarabağ müharibəsinin qızğın vaxtında Suriyadan könüllü olaraq Ermənistana gəlib.
1993-cü ildə müvəqqəti atəşkəsdən sonra həyat yoldaşı ilə Şuşada yerləşib, daha sonra isə Lisagoredakı gömrükdə işə düzəlib.
Və bu arada Hakob diribaş tərpənib Ağdərədə, sahibi Rusiyaya getmiş bir erməni ailəsinin evinə girir. Vaxt keçdikcə, başqasının evini halal dədə mülkü sayan Hakob 27 il sonra həmin evin erməni sahibini evin sənədləri ilə birlikdə qapısında görür. Sənədlər evin həqiqi yiyəsini təsdiq edirdi, lakin 28 il əvvəl Suriyadan “hayreniq!”- deyərək İrəvana gəlmiş Haqop evin yiyəsini öz halal evinə buraxmamaq üçün yüz hoqqadan çıxır, acırda isə onun həmin sənədləri “levi” düzəltdiyini elan edir.
2020-ci ilin avqustunda ev sahibinin bacısı vəkalətnamə ilə görünür, həmin evdə pasport qeydiyyatına düşür və bir ay müddətində evin boşaldılmasını tələb edir. Məhkəmənin qərarında belə deyilirdi.
Hakob ailəsini İrəvana – bir müddət əvvəl ölmüş qardaşı Yegiyanın yaşadığı qaçqınlar üçün nəzərdə tutulan hosteldəki otağına köçürmək istəyir.
Ancaq qardaşının otağında yerləşə bilmədi – hostelin direktoru Murad Mejlumyan qardaşların soyadındakı bir hərfin fərqinə görə onu qohum kimi tanımaqdan imtina edir.
Hakop “bir hərf səhvini” düzəltmək üçün məhkəməyə müraciət etməli olur, ancaq bir şeyi nəzərə almır ki, qardaşı otağı özəlləşdirməyib və ölümündən sonra otaq dövlətə geçib.
Otaqdan əli çıxan bu Hakob hirsindən qardaşının əşyalarını oradan da çıxarmayıbdır.
Yataqxananın direktoru Murad Mezhlumyan öz növbəsində Sputnik Armenia”ya bildirib ki, qanuna görə, otağın sahibi təkdirsə və o ölürsə, o zaman otaq başqa bir qaçqına hüquqi akt əsasında verilir.
O əlavə etdi ki, Hakob mənzilə ehtiyacı olduğu üçün Miqrasiya Xidmətinə müraciət etməli idi.
Çox ibrətamiz hekaytədir, di gəl, ibrət çıxaran ola…
Firuz KAZIMOĞLU,
“Bakuexo.az”.
araz.az xəbər portalı.