“Dağlıq Qarabağdakı vəziyyət xeyli düzəlib, baş verən xırda hadisələr isə Rusiya sülhməramlıları tərəfindən qısa müddət ərzində həll edilir”.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Yerevanda Ermənistan xarici işlər naziri Ara Ayvazyanla görüşü zamanı bildirib.
Onun sözlərinə görə, hazırda müsbət meyllər görürük. Ərazidəki vəziyyət xeyli dərəcədə yoluna qoyulub: “Rusiya sülhməramlı heyəti təhlükəsizliyin təminatçısıdır. Bütün əməliyyatlar zamanı labüd olan xırda hadisələr sülhməramlı hərbçilərimizin səyləri ilə qısa müddətdə və səmərəli şəkildə həll edilir”.
O, Baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun “fəal və ahəngli şəkildə” çalışdığını deyib: “Bu fəaliyyətin bundan sonra da davam edərək Cənubi Qafqazdakı dayanlıqı iqtisadi inkişafı təmin etmək üçün rəsmi Bakı ilə Yerevan arasında dialoqun qurulmasına töhfə verməsində maraqlıyıq”/Report.
Lavrov əlavə edib ki, Qarabağ ətrafındakı vəziyyətin sabitləşməsində irəliləyiş əldə olunub: “O cümlədən minalardan təmizləmə, dini və mədəni irsin qorunması istiqamətindəki səylərimiz azalmır”.
“S.Lavrov Rusiya, Azərbaycan, Ermənistan Baş nazir müavinlərinin rəhbərlik etdiyi, regionda iqtisadi əlaqələrin, nəqliyyat yollarının açılması ilə məşğul olan işçi qrupun regionda vəziyyətin sabitləşməsinə mühüm töhfələr verdiyini bildirib: “Münaqişədən sonrakı dövrdə ümumi vəziyyəti sabitləşdirmək, qurucu əməkdaşlıq etmək üçün zəruri şərtlərin yaradılması naminə bu işlərin uğurlu olması mühüm əhəmiyyət daşıyır”.
Rusiyalı nazir həmçinin etimad ab-havasının yaradılması üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin bundan sonra da fəaliyyətinin zəruri olduğunu söyləyib.
MİA.AZ
araz.az xəbər portalı.