eb0e7b7038a03bb399d4670de705e0a0850

ABŞ və Rusiya Prezidentləri Cozef Baydenlə Vladimir Putinin gözlənilən görüşü Bakıda baş tuta bilər.

araz.az xəbər verir ki , bu barədə “Politico” nəşri məlumat verib.

Keçmiş ABŞ rəsmiləri nəşrə açıqlamalarında, nəzərdə tutulan görüşün Çexiya, İslandiya, Sloveniya və ya Azərbaycanın paytaxtında baş tuta biləcəyini bildiriblər.

Qəzetin qeyd etdiyi kimi, əvvəllər mediada bir sıra Avropa dövlətlərinin səlahiyyətlilərinin sammitin keçirilməsini təklif etdikləri barədə məlumatlar var idi.

“Politico” bunların arasında bu cür görüşlərə ev sahibliyi etməyə alışmış üç ölkə olduğunu bildirib: İsveçrə, Finlandiya, Avstriya.

Qəzet yazır ki, bu ölkələr ümumilikdə bu cür görüşlər üçün “bitərəf” yer hesab olunur. Bu seçimlər arasından Finlandiyanın paytaxtı ən az ehtimal olunandır, belə ki, Rusiya lideri burada keçmiş ABŞ Prezidenti Donald Trampla görüşüb.

Məqalədə qeyd olunub ki, Reykyavik, Praqa, Lyublyana və Bakı mütəxəssislərə görə potensial namizədlər sırasındadır.

Xatırladaq ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Putinlə Bayden arasında görüşün yay ayında baş tutacağının planlaşdırıldığını açıqlasa da, bildirib ki, dəqiq tarix və ölkə hələ müəyyənləşməyib.

araz.az xəbər portalı.