vladimirputin1112174

Kreml sahibi Vladimir Putin Rusiya istehsalı COVID-19 peyvəndlərinin “Kalaşnikov” avtomatı kimi sadə və etibarlı olduğunu bildirib. Yəqin Putin demək istəyib ki, biri öldürür, digəri dirildir və hər ikisi keyfiyyətlidir.

araz.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Rusiya hər ikisinin satışından qazanmağa çalışır. “Kalaşnikov” zamanında insanları öldürmək üçün kəşf olunaraq kütləvi istehsala buraxılıb. Orası da var ki, “Sputnik V” peyvəndi haqqında həqiqətən mənfi rəyə rast gəlməmişəm. Sadəcə, Rusiya “Sputnik V” peyvəndini tez bazara çıxartdı ki, birinciliyi əldə etsin. Ancaq bir qrup dövlət “Sputnik V” peyvədinə alternativ olanlara üstünlük verir. Bütün hallarda Azərbaycanın nə peyvəndi varsa ondan vurdurmaq lazımdır. Məhz kütləvi peyvəndlənmə bizi virusdan xilas edəcək. Ancaq hər gün yaxınlığından keçdiyim poliknikadan apardığım müşahidələr əsasında gəldiyim qənaət budur ki, Azərbaycanda peyvənd kampaniyası kütləvi hal almayıb. Peyvəndə maraq oyatmaq, mediada reklam kampaniyasını genişləndirmək lazımdır” – E.Şahinoğlu qeyd edib.

 

 

araz.az

araz.az xəbər portalı.