news_20180404115859.jpg
Onları kim öldürüb, niyə öldürüb səbəblərini biləcəyik

Söhbət  Fəxri Xiyabandakı qəbirlərdən gedir ki, baş daşlarındakı yazılar indiki məqamda heç yerinə düşmür. Çünki qarşıdan cümhuriyyətin 100 illiyi gəlir. Məsələ isə burasındadır ki, həm Qasım İsmayılov, həm Əli Bayramov, həm Mirfəttah Musəvi, həm Haşım Əliyev baş daşlarında da yazıldığı kimi alovlu bolşevik olub və cümhuriyyətə qarşı vuruşublar. Onların bəzisi  cümhuriyyət dövründə, bəzisi ondan sonra öldürülüb.  Kim öldürüb, niyə öldürüb səbəblərini biləcəyik.

Qeyd edək ki, Əli Bayramov 1889-cu ildə Şamaxı qəzasının Lahıc kəndində anadan olub. 1912-ci ildə Bakı gəmiçilik məktəbini bitirib və 1918-ci ildə Bakı XKS silahlı qüvvələri tərkibində gəmi kapitanı vəzifəsində əks-inqilaba qarşı vuruşub. Salyan, Lənkəran, Şamaxı  qəzalarında Sovet hakimiyyəti qurulması uğrunda mübarizədə mühüm rol oynayıb, Gəncədə gizli inqilabi iş aparıb.
1919-20-ci illərdə “hümmət” təşkilatının rəhbərlərindən biri, RK(b)P Qafqaz Ölkə Komitəsi yanında gizli hərbi inqilab qərargahının uzvü olub. 1920-ci il martın 22-də-Azərbaycanda sovet hamiiyyəti  qurulmamışdan bir ay əvvəl öldürülüb.

Qasım İsmayılov-Sankt-Peterburqdakı gimnaziyada dünyəvi təhsil alıb, Gəncə Qəza İnqilab Komitəsinin sədri olub. Bolşeviklərə o qədər cani-dildən xidmət edib ki, ölümündən sonra adı indiki Goranboy rayonuna verilib.

Mir Fəttah Musəvi  1891-ci ildə  Aşqabadda  gimnaziya təhsili almaqla yanaşı həm də siyasətə qoşulub.  1917-ci ildə Şuşaya qayıdaraq inqilabi fəaliyyətiə başlayıb,  1918-ci ildən  Bakıya gələrək “Hümmət” təşkilatına daxil olub. AXC parlamentində “Hümmət” fraksiyasını təmsil edən Musəvini alovlu nitqləri ilə  tanıyırlar. 

S.M.Kirov V.İ. Leninə 1919-cu ilin 27 sentyabrında yadığı məktubda belə deyilirdi. “Denikinçilər həyasız bir surətdə özləri üçün Azərbaycana yol açırlar. Bu günlərdə onlar burada böyük bir qəsd düzəltmişdilər… Parlament üzvü, hümmətçi Musəvi həmin qəsdin üstünü açdı… Denikinçi Seyidbəyov sentyabrın beşində Musəvi və Aşumovu (Haşım Əliyevi) pusub… tapança ilə  öldürüb”.

1919-cu il sentyabrın 7-si Qurban bayramı günü müsavatçı Seyidbəyov tərəfindən qətlə yetirilmiş Haşım Əliyev və Mirfəttah Musəvinin dəfn mərasimi keçirilir. Onların cənazəsi izdihamın müşayətiylə parlament binasının önünə gətirilir. Əliheydər Qarayev parlament eyvanından mərasimi izləyən müsavatçı nazirlərə əlini uzadaraq “Bu qurbanlar sizə baha tamam olacaq”, – deyə qışqırır. AXC  Hökuməti isə  M. Musəvinin  və Haşımovun qatilini tutacağına söz verir.

Əlbəttə, tarix hər şeyi öz yoluna qoydu. Əliheydəq Qarayevin də qara-qura arzuları həyata keçdi. Cümhuriyyət süqut elədi. 100-lərlə, minlərlə qurbanlar verdik. O dövləti quranların heç birinin məzarı  bu gün Azərbaycanda deyil. O cümhuriyyəti devirənlərin məzarı isə bu gün Fəxri xiyabandadır. 100 illiyə 2 aydan da az vaxt qalır. Deməli, fikirləşməyə vaxtımız da.  

Ləman Əliəşrəfqızı
Real TV

[bt_youtube url=”https://youtu.be/V3nQeV8sdVA” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.