asan xidjpg 1577274032

Ramazan bayramı ilə əlaqədar 9-15 may tarixində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.

araz.az mia.az-a istinadən xəbər verir ki, mayın 16-dan vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Mayın 15-də isə vətəndaşlar yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı xidməti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidməti və miqrasiya xidmətləri ilə bağlı hazır sənədlərin götürülməsi üçün saat 10:00-dan 17:00-dək Bakı, Sumqayıt və Gəncə “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

araz.az xəbər portalı.