polisbkk6

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə Bakı şəhər sakini E.Muradova məxsus “Opel” markalı avtomobilin mayın 5-dən 7-dək olan müddətdə F.İbrahimbəyov küçəsindən qaçırılması barədə məlumat daxil olub.

 Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin mayın 7-də saat 23 radələrində Qaradağ rayonu ərazisində hərəkətdə olması aşkar edilib.

Sürücü polis əməkdaşlarının “Saxla” əmrinə tabe olmadığından məcburi saxlanılarkən avtomobili yol ayrıcısına vurub və avtomobildən düşüb qaçmağa cəhd göstərib.

Polis əməkdaşlarının çevikliyi nəticəsində Salyan rayon sakini M.Əliyev saxlanılaraq avtomobillə birgə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

araz.az

araz.az xəbər portalı.