Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıya rəsmi səfəri başlayıb.
araz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev artıq Rusiya xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İkigünlük səfər çərçivəsində bir çox məsələlərin müzakirəsi gözlənilir. Rusiyan XİN-in rəsmi məlumatında bildirilir ki, səfər çərçivəsində Azərbaycanla münasibətlərin bütün spektri üzrə – siyasət, iqtisadiyyat, mədəni-humanitar sahədə açıq və qarşılıqlı hörmətə əsaslanan dialoqun davam etdirilməsi ətrafında fikir mübadiləsi aparılacaq. Bundan əlavə, Lavrovun səfərində Ermənistanla münasibətlərimiz də müzakirə olunacaq.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının hərtərəfli həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək. Əsas vəzifələr arasında regionda bütün nəqliyyat və iqtisadi əlaqələrin bloklanmasına son qoyulması da nəzərdə tutulur. Azərbaycan və Rusiya XİN başçıları regional və beynəlxalq birliklərin – MDB, BMT, ATƏT, Qoşulmama Hərəkatı, Avropa Şurası, QDİƏT çərçivəsində qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi məsələlərini də müzakirə edəcəklər”, – Rusiya XİN-in rəsmi açıqlmasında belə deyilir.
Açıqlamada həmçinin bildirilir ki, çətin epidemioloji vəziyyətə baxmayaraq, Rusiya-Azərbaycan arasındakı dialoq 2020-ci ildə də intensivliyini qoruyub və əməkdaşlıqlar artıq tədricən “əyani formata” qayıdır: “Bu dialoqun əsasında yüksək səviyyəli mütəmadi təmaslar, inkişaf etmiş parlamentlərarası, hökumətlərarası və idarələrarası, eləcə də regional qarşılıqlı əlaqələr durur”.
Açıqlamada həmçinin iki dövlət arasındakı son görüşlərə də yer veilir: “Aprelin 1 – də Rusiya Federasiyası Hökuməti sədrinin müavini A. L. Overçuk idarələrarası nümayəndə heyətinin rəhbərliyi alrında Bakıya işgüzqar səfəri baş tutub. Aprelin 1-2-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov MDB XİN Surasında iştirak etmək üçün Moskvaya, aprelin 9-da isə Rusiya Federasiyasının Baş prokuroru İ.V. Krasnov Bakıya işgüzar səfərə gedib”.
Aprelin 26-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri həmsədrlik edən üçtərəfli işçi qrupunun 6-cı iclası keçirildiyi xatırladılan açıqlamada vurğulanır ki, 27 apreldə iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının 19-cu iclası keçirilib.
“Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biridir. 2020-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 2,889 mlrd.dollar təşkil edib. İxrac 2,075 mlrd, idxal isə 813,0 milyon ABŞ dolları olub”, – deyə vurğulanan açıqlamada Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 2018-ci ildə Rusiyaya rəsmi səfəri zamanı imzalanmış 2024-cü ilə qədər Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə fəaliyyət planının həyata keçirildiyi xatırladılıb: “Rusiyanın Azərbaycana birbaşa investisiyaları 4,5 mlrd. dollar, Azərbaycanın isə Rusiyaya isə investisiyası 1,5 mlrd. dollar təşkil edir. Həmçinin Azərbaycanda 900-dən çox birgə şirkət, o cümlədən yüz faiz Rusiya kapitalı ilə təxminən 300 şirkət fəaliyyət göstərir”.
Enerji sektorunda da qarşılıqlı birgə fəaliyyətin inkişaf etdiyini bildirən Rusiya XİN “Rosneft”-in Azərbaycan Dövlət Neft Şirkəti ilə neft və qaz kəşfiyyatı və hasilatı, eləcə də neft və neft məhsullarının tədarükü sahəsində əməkdaşlıq etdiyini irəli sürüb: “”Transneft” Azərbaycan neftinin Rusiya Federasiyası ərazisindən tranzitini təmin edir. “Lukoyl”-un bu ölkədə yanacaqdoldurma şəbəkələri fəaliyyət göstərir. Şirkət “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə konsorsiumda 10% payla iştirak edir. 2019-cu ildə yataqdan 16,8 mlrd. kubmetr qaz, 3,5 mln. ton neft və qaz kondensatı hasil edilib. 2020 – ci ildə karbohidrogenlərin gözlənilən hasilatı 3,7 mln.ton kondensat və 18,7 mlrd. kubmetr qaz olub”.
Bildirildiyinə görə, Rusiya şirkəti “İnter RAO” iki ölkənin enerji sistemlərinə paralel rejimdə elektrik enerjisi verir və Rusiya – Azərbaycan – İran enerji körpüsünün yaradılması məsələsi gündəmdədir.
“Ölkələrimizin iqtisadi əməkdaşlığının maliyyə təmin edilməsində “VTB”ASC fəal iştirak edir. Bank Azərbaycanda milli valyutalarda tərəfdaşlara geniş xidmət spektrini təqdim edir”, – vurğulanan açıqlamada Azərbaycanla Rusiya arasındakı hərbi əməkdaşlıqdan da bəhs olunur:
“Regionda qüvvələr balansının saxlanılmasının zəruriliyi nəzərə alınmaqla qurulmuş Rusiya-Azərbaycan hərbi-texniki əməkdaşlığı əhəmiyyətli xarakter daşıyır. Müvafiq işlər Hökumətlərarası Komissiya çərçivəsində aparılır”.
Açıqlamada Azərbaycanla Rusiya arasında turizmin inkişafı da yaddan çıxarılmayıb. Bildirilir ki, 2019 – cu ildə Rusiya Azərbaycana gələn turistlərin sayına görə birinci yerə çıxıb-900 mindən çox adam (ümumi turist sayının üçdə biri).
Xəzər trekində əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayan Rusiya XİN hər iki dövlətin sözügedən dənizinin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya etdiklərini və bu sənədin “Xəzər beşliyi” çərçivəsində qarşılıqlı fəaliyyət üçün geniş imkanlar açdığını xatırladıb.
Açıqlamada Rusiya-Azərbaycan arasında mədəni-humanitar sahələrin inkişafından da bəhs olunur:
“Mədəni-humanitar və təhsil sahələrində Rusiya-Azərbaycan əməkdaşlığı prioritet istiqamətlər arasında qalmaqdadır. 2019-cu ildə Azərbaycanda Rusiya Mədəniyyəti Günləri keçirilib.
2008-ci ildən Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyət göstərir. Lomonosov adına Moskva Dövlət Universiteti (6 fakültə: kimya, fizika, iqtisadiyyat, filologiya, psixologiya və tətbiqi riyaziyyat), burada 2015-ci ildən bəri 400-dən çox insanın təhsil aldığı – Birinci Moskva Dövlət Tibb Universitetinin filialını açıb. Rusiyanın digər universitetlərinin, xüsusən də MDBMİ-nin azərbaycanlı tərəfdaşları ilə əməkdaşlıq qurmaq üçün işlər aparılır. 2020-ci ildən bəri ADA Universiteti (Azərbaycan Diplomatik Akademiyası) MGIMO ilə birgə “Beynəlxalq Maliyyə və Risk İdarəetməsi” və “MGIMO Global MBA” təhsil proqramlarını həyata keçirir.
Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır. Azərbaycan vətəndaşlarına ildə iki yüzdən çox dövlət təqaüdü verilir”.
araz.az
araz.az xəbər portalı.