Türkiyə və Ukraynanın birgə keçirəcəyi “Doğu Akdeniz – 2021” adlı dəniz təlimləri 1 iyuldan sonra başlayır.
“Bakuexo.az”. xəbər verir. Xəbərin ardınca Putin Rusiyasının ən nüfuzlu nəşrlərindən biri əlüstü əlavə edir:
“Ancaq sonuncunun elə bir donanması plmasa da, Ukrayna dənizçiləri Türk ekipajlarının tərkibində təlim keçəcəklər. Ən maraqlısı isə təlimlərin ssenarisidir: Rusiya Hərbi Dəniz Qüvvələrinin Suriyadakı Rusiya Tartus bazasında gəmilərinin birgə bloklanmasını hazırlayacaqlar!
Məşhur getman Doroşenkodan bəri ilk dəfə ukraynalılar və türklər əslində ruslara qarşı birlikdə döyüşməyə hazırlaşırlar. Suriyada olarkən, orada da görürsən, növbə Krım və Donbasa çatacaq”.
Maraqlıdır, deyilmi? “Nüfuzlu nəşrin” 400 il əvvələ qayıdaraq yada saldığı getmanı “Bakuexo.az” olaraq, oxucularımıza xatırladaq.
Doroşenkoya XVII əsrdə Sağ Sahil (Polşa) Ukraynasının getmanı olub. O, romanovlar sülaləsinin iştah dolu gələcək planlarından xilas olmaq üçün Osmanlı imperiyası ilə əməkdaşlığı ən yaxşı perspektiv olaraq seçdi. “KM.ru” nun apardığı paralellər bu cür yekunlaşır: “İndiki “postsovet” respublikalarımızın (?!) davranışları Doroşenkonun hərəkətlərinə çox bənzəyir, Rusiyadan “qaçır” və qısa müddətdə “böyük qardaş” olmasa da, daha varlı sahib axtarmağa başlayırlar. Bəziləri mövcud Türkiyəni bu rolda görür”.
Daha sonra nəşr bizim qərb qonşularımızın təbliğat maşınında inqubasiya olunmuş əsas şüarı yada salır. Bu, əlbəttə, “üfüqdə görünın” Turan qorxusudur.
O qorxu bu cür təqdim edilir: “Postsovet respublikalarının mənimsənilməsinə təkan verən Türkiyənin əsas ideoloji doktrinası, bir sıra “türkdilli” xalqlardan “Böyük Turan” yaratmaq ideyaları ilə pantürkizm idi (!). Kültür, dini və hətta irqi baxımdan bir-birindən bu qədər fərqli olan xalqlar birliyinin yalnız dillərin oxşarlığı əsasında elan edilməsi, ümumiyyətlə, kifayət qədər mübahisəli bir şeydir. Bu, hər iki xalqın Hindistan-İran dil qrupunun dillərində danışdıqlarını əsas gətirərək isveçlilərin və taciklərin vahid bir xalq elan etmələri ilə eynidir. Buna baxmayaraq, “altı xalq – bir dövlət” şüarı Ərdoğan tərəfindən bütün ciddiyyətlə təbliğ olunur.
Əlbətdə ki, hər hansı bir neo-Osmanlının qulağını oxşayan, vaxtilə vəfat etmiş Osmanlı imperatorluğunu diriltmək fikrinin yanında, bütün bunların arxasında sırf iqtisadi maraqlar da var. Unutmayaq ki, köhnə dövrlərdə Xəzər Xaqanlığı əvvəlcə Çindən Avropaya “İpək Yolu” ndan, sonra Çingiz Xan imperatorluğundan bəsləndi. Günümüzdə bu marşrutun Rusiya ərazisindən “şimal” və İran ərazisindən keçən “cənubdan” əlavə olaraq, “orta” yol da mümkündür. Ərdoğanın yaratdığı Neo-Osmanlı İmperiyasına nəzarəti ələ keçirməyə kim qarşı deyil?!”.
Bundan sonra “KM.ru” canındakı istilik hələ soyumamış faktları yada salmağı lazım bilir “Qarabağdakı müharibəyə müdaxilə və Azərbaycanın bir Türk himayəçisinə çevrilməsi artıq türkləri bu yolda ciddi şəkildə irəlilətdi. Nəhayət, Orta Asiyanı öz yanına gətirmək mümkün olarsa, o zaman “orta ipək yolu” başa çatacaq: Ankaranı dünyanın aparıcı oyunçularından birinə çevirəcək “Çin – Orta Asiya – Zaqafqaziya – Türkiyə – Avropa”. Orta Asiyalıları “Böyük Turan” ınıza sürükləyərək Rusiyada məskunlaşan milyonlarla “əmək miqrantı” vasitəsi ilə “türkdilli” lərin qoparılmasına çalışaraq ölkəmizi asanlıqla sabitləşdirə biləcəyinizdən bəhs etmirəm”.
Bu, Putin Rusiyasının əsas ideoloji “generatoru” roluna iddialı azsaylı nəşrlərdən biridir və onu hökmən xatırlatmağı lazım bilirik ki, lap bu yaxınlarda Tacikistan-Qırğızıstan sərhədində çoxsaylı insan ölümü ilə nəticələnən, “su mübahisəsi” kimi təqdim edilən qanlı olaylarda kimin əlinin olduğunun etirafıdır. Həmin hadisələrdən dərhal sonra Qirğızıstan prezidenti Sadır Japarovun niyə “Qırğızıstanın ərazi bütövlüyü təhdid altındadır”- deməsi, indi heç də təəccüblə qarşılanmaz.
“KM”nin çaldığı həyəcan təbilini notlara köçürürk: “Ortaq türk birliyi” nin yaradılması üçün əsas koordinasiya mərkəzi 2009-cu ildə yaradılan Türk Şurası və ya başqa şəkildə – Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və gələcəkdə birliyə daxil olması gözlənilən Türkmənistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, əslində, gələcəkdə “türk Avropa Birliyi” halına gəlməlidir”.
Əlbəttə, bu sözləri hələlik nə Putin, nə Lavrov ağzına almır, arabir onların “danışan dili” Jirinovski, Zatulin, uzaqbaşı, onların hər mənada həmkarı Tolstoy səsləndirir; Solovyov, Simonyan və “KM” kimi nəşrlər isə gündəmdə bu cür saxlayır:
“Keçmiş “Sovet imperiyası”nın parçalarını ələ keçirmək üç istiqamətdə gedirdi: Türk firmalarının iqtisadiyyata aktiv müdaxiləsi, ən güclü mədəni genişlənmə (son 20 ildə Türkiyə türkdilli tələbələr üçün 26 min təqaüd verdi) və əlbəttə ki, hərbi əməkdaşlıq. Məsələn, həmən Qırğızıstana hərbi yardımın həcmi 20 milyon dollardan çox idi.
2018-ci ildə Türkiyə ilə Qazaxıstan arasında hərbi və hərbi-texniki əməkdaşlıq barədə müqavilə 2020-ci ildə Türkiyə ilə Özbəkistan arasında imzalandı. Ərdoğanın Zaqafqaziyada qurduğu “top yemi” olan Azərbaycan üçün əslində hərbi sahədə əsas tərəfdaş oldu. Və hər iki ölkənin mediası Rusiya üçün (!) birbaşa təhlükə yaradan Naxçıvan və Abşeronda türk hərbi bazalarının yaradılmasını fəal şəkildə müzakirə edir”.
Diqqətçəkən vurğular əsasən Qırğızıstana aiddir. Böyük ehtimalla lap bü günlərdə Putinin dəvətini qəbul edərək Moskvaya gedəcək Sadır Japarov bu istiqamətdə suallara cavab verəcək və həmin cavabdan “Tacikistan və Qırğızıstan arasındakı “su mübahisəsi”nin” gələcək taleyi kifayət qədər asılı olacaqdır.
Firuz KAZIMOĞLU,
“Bakuexo.az”.
araz.az xəbər portalı.