“1990-cı illərin əvvəllərindən həmişə yalnız müsəlman olduqları üçün fələstinliləri müdafiə etdik. Məhz onlara görə bu günə qədər İsraildə səfirlik açmadıq. Bu illər ərzində onlarla dəfə Fələstin xalqına maddi, mənəvi dəstək göstərdik. Əvəzində Yasir Ərəfatdən tutmuş Mahmud Abbasa qədər hamısı Qarabağda azərbaycanlıların qanını tökmüş erməni terrorçularını müdafiə etdilər”.
araz.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
A.İsmayılov bildirib ki, 44 günlük Vətən Müharibəsində fələstinlilər ermənilərə qələbə arzulayıb, onların azadlıq müharibəsi apardıqlarını elan ediblər:
“Hər gün Azərbaycana qarşı, Ermənistanı dəstəkləyən mitinqlər keçirdilər. İsrail isə bütün müharibə dövrü ilk gündən sona qədər Azərbaycana həm hərbi, həm də siyasi dəstək verdi. Bütün dünyada yəhudilər Azərbaycanı müdafiə etdilər. Bundan sonra da İsrail Fələstin qarşıdurmasında Fələstini dəstəkləməyi heç bir məntiqlə izah etmək olmaz. Bu ən azından öz Vətəninə, milli maraqlarımıza hörmətsizlikdir. Söhbət İslam dinindən gedirsə, İrəvanda dağıdılan Göy Məscid, Qarabağda donuz bağlanılan 60-dan çox məscidimiz də İslam dininə qulluq edirdi, İslam mədəniyyətinin daşıyıcısı idi. İndi bəzilərinin müdafiə etdikləri müsəlman ərəblər bircə dəfə də buna etiraz etdilərmi?!
Bir də hansı müsəlman təəssübkeşliyindən danışırlar ki, iki müsəlman dövləti İran və Səudiyyə Ərəbistanı Yəməndə apardıqları müharibə zamanı yüz minlərlə müsəlmanı qətlə yetirdilər, milyonları isə rəzil günə saldılar. Əgər onlar əsl İslama qulluq edənlərdirlərsə, bu qəddarlığı necə edirlər?! Dindən, milliyyətdən başqa bir az vicdanı olan yaxşılığa yamanlıq etməz”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.