Azərbaycan və Ermənistan silahlı qüvvələri mövqelərini yerləşdirib”.
Xeber365.com erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Geqarkunik vilayətinin qubernatoru Qnel Sanosyan səsləndirib. O may iki gün öncə Syünikdə baş verənlərə münasibət bildirib.
Onun sözlərinə görə, fövqəladə bir şey baş verməyib: “Düşmən (red. Azərbaycanı nəzərdə tutur) əlverişsiz hava şəraitinə görə, mövqelərini qışda yerləşdirə bilmədi və bunu indi etməyə qərar verdi. Danışıqlar nəticəsində Azərbaycan tərəfinin mövqelərini harada quracağı və Ermənistan tərəfinin hansı istiqamətdə yerləşəcəyi qərara alındı”.
Sanosyan əlavə edib ki, Azərbaycan və Ermənistan silahlı qüvvələri öz mövqelərini Azərbaycanın nəzarətinə keçən ərazilər də daxil olmaqla sərhəd boyunca yerləşdiriblər.
araz.az xəbər portalı.