110 780x470 1

“Vaşinqton gözləyir ki, Azərbaycan Ermənistanla sərhəddən ordusunu dərhal geri çəkəcək.”

araz.az  Bakupost.az-a istinadən xəbər  verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəsmisi Calima Porter telefon brifinqində deyib.

Onun sözlərinə görə, ABŞ Zəngəzur (Sünik) vilayətində baş verən situasiyanı diqqətlə izləyir:

“Mübahisəli əraziyə hərbi birliklərin müdaxiləsi məsuliyyətsiz və bəraəti olmayan provokativ addımdır”.

Qeyd edək ki, Zəngəzur istiqamətində dövlət sərhədini bərpa etmək üçün Azərbaycan ordusunun atdığı addım Ermənistanın isterik reaksiyasına səbəb olub. Ermənistan rəsmiləri dünyanın müxtəlif liderlərinə bunu Ermənistan sərhədləri daxilinə müdaxilə kimi dəyərləndirməyə çalışıb və təəssüf ki, apardıqları təbliğat nəticə verməkdədir.

Ekspertlərin fikrincə, Azərbaycan sərhədləri bərpa etmək üçün haqlı addım atsa da, informasiya savaşında operativ davranmadığı üçün haqsız vəziyyətə düşməkdədir. 

 

 

araz.az

araz.az xəbər portalı.