1621074148 qg

Ermənistan tərəfi hazırda demarkasiya ilə bağlı beynəlxalq səviyyəli hay- küy yaratmaqla təxribat törədir. Sərhəddə baş verənlər prosedur qaydasıdır. Yalançı informasiyanı yayan tərəf Ermənistandır. Odur ki, yayılan məlumatlara kor-koranə yanaşmaq düzgün olmaz.


“Azərbaycan tərəfi öncə İran və Ermənistan sərhədini qurmağa başladı. Buna bir səbəb ərazinin relyefi idi. Kəlbəcər və Laçın istiqamətində ən azı qar əriməliydi. Hazırda Azərbaycan Kəlbəcər, Laçın istiqamətində öz sərhədini qurur. Bu Ermənistan ərazisinə girmək yox, məhz öz sərhədini qurmaqdır. Qaragöl Azərbaycan ərazisidir. O ərazinin götürülməsi, Azərbaycan əsgərinin orada olması beynəlxalq hüquqa uyğundur. Ermənistan tərəfinin hay-küy çıxarması boş və mənasızdır. Sovet dönəmində Ermənistan həmin ərazidə fermalar qurmuşdu, amma o ərazi heç vaxt onlara aid olmayıb”.

araz.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev bizimyol.info-ya belə deyib.

Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...

Hərbi ekspertlər hesab edirlər ki, bəzi yerlərdə Ermənistan ərazisinə keçmə də olacaq. Bu sərhəd təhlükəsizliyini təmin etmək üçün bufer zona yaratmaq mənası verəcək. Biz BMT tərəfindən təsbit olunmuş 86.6 min kv.km ərazimizdən 1 sm. də irəli getməmişik.

Baş verənlərlə bağlı Ermənistan siyasətçilərinin daxili seçkilərə hesablanmış bəyanatları, Makronun və bəzi başqa siyasilərin bəyanatları ikiüzlülükdən başqa bir şey deyil. Azərbaycanın Ermənistanla 1007 km sərhədi var. Bu sərhəd bərpa edilməlidir . Ermənistan öz sərhədləri daxilinə çəkilməlidir, çəkilməzsə, buna məcbur ediləcək.

Ədalət Verdiyev bildirib ki, Dövlər Sərhəd Xisməti və aidiyyəti qurumların rəhbərləri Laçın-Gorus sərhədindədir. Üstəlik, 15000 canlı qüvvə və 1000-ə qədər tank, top, ÖAQ, YARS, aviasiya və PUA 29 saatdan sonra genişmiqyaslı təlimlərə başlayır.

“Mövzu da gündəmə uyğundur: sərhədlərin bərpası və silahlıların ram edilməsi. Ya xoşluqla, ya güclə – bizim sərhədlərimiz mütləq bərpa olunacaq.

Hazırda düşmən tərəf baş verən proseduru Azərbaycanın Ermənistana müdaxiləsi kimi dəyərləndirməyə qalxıb. Halbuki Qaragöl Azərbaycan ərazisidir. Qaragöl 70-ci illərdə bizdən zorla qoparılıb. İndi Ermənistandan həmin ərazilərin xəritəsini tələb etsək, verə bilməyəcəklər, verməyəcəklər. Ermənistan ya yerini anlamalıdır, ya da yaxınlıqda olan ordunun dəmir yumruğu onun başına enəcək. İstəyirlərsə, bunu bir daha öz başlarında yoxlaya bilərlər”,- deyə hərbi ekspert vurğulayıb.

araz.az xəbər portalı.