SOCAR Rusiyanın “Rosneft” şirkəti ilə Ukrayna, Polşa, Baltikyanı ölkələr və Şərqi Avropanın digər ölkələrinə neft məhsullarının ixrac hüququ barədə müqavilə imzalayıb.
araz.az axar.az-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “RİA Novosti”yə açıqlamasında bildirib.
“SOCAR beynəlxalq neft və qaz ticarətində mövqeyini gücləndirmək niyyətindədir”, – SOCAR rəsmisi deyib.
Müqaviləyə əsasən, Azərbaycan “Rosneft” məhsullarını Ukraynaya ixrac etmək hüququ əldə edib.
İ.Əhmədov hazırda tədarük həcmi və vaxtının müzakirə edildiyini vurğulayıb.
araz.az
araz.az xəbər portalı.