Bu yaşımda işğaldan azad edilən torpaqlarımızı mənə hədiyyə edən şəhidlərimizə, qazilərimizə, Müzəffər Ordumuza və Ali Baş Komandanımıza təşəkkür edirəm.
araz.az Kult.az-a istinadən xəbər verir ki, bu sözləri 77 yaşı tamam olan xalq artısti Şeyx Əbdül Mahmudbəyov deyib.
Moderator.az-a geniş müsahibəsində xalq artisti Prezidentə mayın 7-də ona prezident təqaüdü təyin etdiyi üçün təşəkkür edib. “Mənim üçün ən böyük hədiyyə Şuşada keçirilən “Xarıbülbül” festivalı idi” deyən Şeyx Əbdül, buna baxmayaraq, Prezidentdən 77 yaşına hədiyyə istəyib:
“77 illiyimə ölkə başçısından bir şey xahiş etmək istəyirəm. Cənab Prezident “Xarıbülbül” festivalının açılışında iştirak edəndə əynində bir gödəkcə var idi. İstəyərdim ki, cənab Prezident o gödəkcəsini mənə bağışlasın və Şuşa xatirələri mənim üçün əbədi olaraq qalsın. O gödəkcənin üstünə bir də xarıbülbülün şəkli vurulsun”.
araz.az
araz.az xəbər portalı.