“Avroviziya 1993” mahnı yarışmasının qalibi, irlandiyalı müğənni Niv Kavana əri, musiqiçi Pol Meqahinin xəstəliyindən sonra supermarketdə işləmək məcburiyyətində qalıb.
araz.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı RTE radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə İrlandiyanın Kork şəhərində əri “Avroviziya”nın digər qalibləri ilə konsertdə çıxış edərkən insult keçirib. Həmin vaxt ərinin yanında uşaqları olub, Niv isə başqa şəhərdə konsert verirmiş.
Xəstəliyi ilə əlaqədar Meqahi danışıq qabiliyyətini itirib. Sonradan nitqi bərpa olunsa da, o, heç vaxt tam sağalmayacaq.
Pandemiya məhdudiyyətləri isə Kavananı gəlir mənbəyindən məhrum edib. Bu səbəbdən o, 17 yaşlı oğlu ilə birlikdə supermarketdə işə düzəlib.
İfaçı vurğulayıb ki, öz işi barədə heç kimə bildirməsə də, insanlar onu tanıyıblar.
araz.az
araz.az xəbər portalı.