Azərbaycan Milli Xalça Muzeyindən araz.az-a daxil olan məlumatda bildirilir ki, hər ilin may ayının 18-i bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Azərbaycanda da, hər ilin bu günü geniş qeyd olunur. Koronavirus pandemiyasının ölkəmizə gətirdiyi problem və çətinliklərə baxmayaraq, bu ilin may ayının 18-ində də,
Azərbaycan Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Gününü silsilə tədbirlərlə qeyd etməyi planlaşdırıb.
Məlumata görə, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə, bu münasibətlə müxtəlif icma nümayəndələri ilə onlayn görüşlər keçiriləcək. Ayrı-ayrı icmalarla əməkdaşlıq əlaqələrini daim inkişaf etdirən Azərbaycan Milli Xalça Muzeyi, bu dəfə də, müxtəlif sənət sahələri üzrə mütəxəssislər, sənətkarlar arasında ünsiyyət körpüsü yaradacaq. Görüş zamanı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Kreativ Azərbaycan” proqramları ilə bağlı məlumat veriləcək, bu istiqamətdə müxtəlif icmaların fəaliyyəti müzakirə olunacaq. Onların rifahının yüksəldilməsi məqsədilə öz potensiallarını üzə çıxarması, yerli yaradıcı məhsulları və xidmətləri ölkə daxilində, həmçinin xarici bazarlarda tanıtması və s. mövzularda fikir mübadiləsi aparılacaq.
Həmçinin sağlamlıq imkanları məhdud şəxsləri birləşdirən ictimai təşkilatların rəhbərləri ilə görüş zamanı, indiyədək birgə həyata keçirilən uğurlu layihələrdən və gələcək planlardan söhbət açılacaq. Ölkəmizin ilk inklüziv muzeyi kimi, Azərbaycan Milli Xalça Muzeyi ilə, bu istiqamətdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələlərinə toxunulacaq.
Qarabağ muzeylərinin direktorları ilə onlayn görüş zamanı isə, işğaldan azad olunmuş torpaqlarda vaxtilə fəaliyyət göstərmiş muzeylərin mövcud problemləri və onların həlli yolları müzakirə ediləcək. Həmin muzeylərin kolleksiyalarının öz vətəninə qaytarılması məqsədilə, Beynəlxalq Muzeylər Şurasının (ICOM) müvafiq komitələri ilə həyata keçirilən danışıqlar, toplanmış yeni məlumatlar ətrafında fikir mübadiləsi aparılacaq.
Bununla yanaşı, mayın 18-də, saat 19:00-da muzeylər içərisində ilk dəfə Azərbaycan Milli Xalça Muzeyi “Nə? Harada? Nə zaman?” intellektual oyununu keçirəcək. Azərbaycan dilində baş tutacaq oyunda qeydiyyatdan keçən ilk 20 komanda iştirak edəcək, digər komandalar isə, gözləmə siyahısında yer alacaq. Oyun muzeyin Facebook səhifəsindən canlı yayımlanacaq.
Qeyd edək ki, iştirakçılara ünvanlanacaq sualların mövzusu incəsənət sahəsini əhatə edəcək, o cümlədən dünya muzeyləri, xalçaçılıq sənəti və Azərbaycan Milli Xalça Muzeyi ilə bağlı olacaq. Qaliblər isə, müxtəlif hədiyyələr qazanacaqlar.
Məlumatın sonunda qeyd olunur ki, Azərbaycan Milli Xalça Muzeyi, intellektual və yaradıcılıq imkanlarını sınamaq istəyən hər kəsi oyuna qatılmağa dəvət edir. Bunun üçün, onlar, aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər:
https://form.jotform.com/211223719513448
Sonda, onu da qeyd edək ki, bu silsilə tədbirlərin yekunu olaraq, saat 21:00-da Azərbaycan Milli Xalça Muzeyində “Muzeylər gecəsi” keçiriləcək. Azərbaycan Milli Xalça Muzeyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq gecədə, yeni fəaliyyətə başlayan rok, caz qrupları və ifaçıları maraqlı konsert proqramı ilə çıxış edəcəklər. Sənətdə yeni addımlarını atan istedadlı yaradıcı gənclərə dəstək olmaqla yanaşı, onların pərəstişkarlarının muzeylərə marağının artırılması məqsədilə keçirilən konsertdə “The Etude Band”, “Ayna Band”, “Diqqət”, “Caz Band” qrupları, həmçinin Milan, Mixail Altuxov, Joseph Abbas ifa edəcəklər. Həm əylənmək, həm də zövqlü musiqi dinləmək istəyənlər də, muzeyin Facebook səhifəsindən canlı yayımlanacaq konserti izləməyi unutmasınlar!
Qeyd edək ki, 18 May — Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə, 1977-ci ildə xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunub. Bu il Beynəlxalq Muzeylər Gününün devizi isə, “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” dır.
***
С 1977 года по инициативе ИКОМ 18 мая во всем мире отмечается как Международный день музеев. Азербайджанский Национальный Музей Ковра (АНМК) подготовил к этому профессиональному празднику крупный цикл мероприятий. По причине ограничений, связанных с пандемией, мероприятия эти пройдут для широкой зрительской аудитории в онлайн-формате.
Как известно, АНМК работает с различными сообществами, постоянно привлекая к сотрудничеству людей разных социальных и возрастных категорий. В Международный день музеев АНМК пригласил представителей всех социальных групп, с которыми находится в постоянном сотрудничестве, совместно отметить эту дату. Цикл праздничных мероприятий откроет онлайн-встреча с деятелями искусств и ремесел. В ходе встречи им будет подробно рассказано о специальной программе «Креативный Азербайджан», созданной и руководимой Министерством культуры Азербайджанской республики. Программа призвана предоставить мастерам и любителям прикладного искусства новые возможности в рамках интересных проектов – раскрыть их потенциал, выдвинуть идеи новых товаров, освоить не только отечественный, но и зарубежный рынок. Еще одну онлайн-встречу АНМК проведет с людьми с ограниченными физическими возможностями. Будучи флагманом направления музейной инклюзии в стране, АНМК на протяжении последних нескольких лет ведет большую работу в направлении обеспечения доступности его коллекций для таких людей, их участия в его деятельности. В праздничный день сотрудники музея обсудят с руководителями соответствующих организаций и постоянными активистами из числа людей с ограниченными физическими возможностями дальнейшие шаги в этом направлении. Речь пойдет о том, какие необходимо предпринять меры для того, чтобы возможности для посещения, ознакомления с коллекциями отечественных музеев были более доступными для людей этой категории. На третью праздничную онлайн-сессию АНМК пригласил директоров карабахских музеев. Как известно, ИКОМ Азербайджана и Азербайджанский национальный музей ковра ведут в этом направлении постоянную работу. Собирается и анализируется постоянно обновляющаяся информация, ведутся постоянные переговоры с соответствующими международными комитетами ИКОМ по вопросам возвращению на родину утраченных экспонатов, восстановления музеев Карабаха и их коллекций, в свое время пострадавших от действий армянских оккупантов.
Помимо онлайн-встреч, АНМК подготовит для своих подписчиков в соцсетях онлайн-трансляцию интеллектуальной игры «Что? Где? Когда?», первой игры такого рода в музейной сфере страны. В ней примут участие 20 команд – первые прошедшие онлайн-регистрацию, которая ведется здесь: https://form.jotform.com/211223719513448. Вопросы турнира будут целиком посвящены музейной тематике и, в частности, ковроткачеству. Несколько видео-вопросов для знатоков предоставит сам Музей ковра – они записаны его сотрудниками. Команда-победительница получит призы от АНМК.
Ярким завершением этой плотной, насыщенной праздничной программы станет концерт, приуроченный к проведению Ночи музеев. Стартует он, по традиции этой международной культурной акции, вечером 18 мая – в 21.00. Онлайн-трансляция концерта, организованного Азербайджанским музеем ковра совместно с Международным центром мугама, состоится на странице АНМК в Фейсбуке. В программу войдут выступления рок- и джаз-коллективов – «The Etude Band», «Ayna Band», «Diqqət», «Caz Band», а также выступления таких исполнителей, как Милан, Михаил Алтухов, Joseph Abbas. Предоставляя концертную площадку признанным в среде молодежи талантам, давая им возможность выступить в ведущем музее страны в такой замечательный день, АНМК привлекает новую аудиторию в виде их слушателей. Людей, которые, однажды побывав в музее, позднее обязательно найдут возможность придти туда снова и узнать больше о его работе и его коллекциях.
Присоединяйтесь к нашим праздничным мероприятиям!
***
Since 1977, on the initiative of ICOM, May 18 is celebrated around the world as International Museum Day.
The Azerbaijan National Carpet Museum (ANCM) has prepared series of events for this professional holiday. Due to the restrictions related to the pandemic, these events will be held for a wide audience in an online format.
The ANCM constantly improves cooperation with the different communities. The museum invited representatives of all social groups with whom it is in constant cooperation to celebrate International Museum Day together.
The series of events will start with an online meeting with artists and craftsmen. The meeting will outline the Creative Azerbaijan program created and managed by the Ministry of Culture of the Republic of Azerbaijan. The program is designed to provide craftsmen and applied art lovers with new opportunities within the framework of interesting projects: to unleash their potential, to put forward ideas for new products, to master not only the local but also the foreign market.
The following meeting with the heads of the public organizations for support of people with disabilities will discuss the joint successful projects and future plans and will raise the question of enhancing the mutual activities with the Azerbaijan National Carpet Museum, the first inclusive museum in our country.
The ANCM invited directors of Karabakh museums to the third online meeting. As is well known, ICOM Azerbaijan and the Azerbaijan National Carpet Museum are constantly working in this direction: collect and analyze updated information, conduct negotiations with the relevant international committees of ICOM on the return of lost exhibits to their homeland, restoration of Karabakh museums and their collections, which at one time suffered from the actions of the Armenian occupiers.
Along with the online meetings, the ANCM organizes the intellectual game What? Where? When? on the museum topic on May 18, 19:00. The game will be streamed Live on the museum’s FB page. It will be in Azerbaijani and involve 20 teams connected via Zoom. Teams will answer questions on arts, world museums, carpet weaving, and the Azerbaijan National Carpet Museum. The winners will receive prizes. If you would like to join the game hurry up! Register following the link https://form.jotform.com/211223719513448
The program will end with the online concert coincided with the Night of Museums and hosted by the Azerbaijan National Carpet Museum. It starts at 21.00, May 18. The concert will be streamed online on the museum’s Fb page. The concert program includes performances by rock and jazz bands – The Etude Band, Ayna Band, Diqqət, Caz Band, as well as performers Milan, Mikhail Altukhov, Joseph Abbas. Organizers: the Azerbaijan National Carpet Museum and the International Mugham Center.
SAVE THE DATE and join us on May 18 to celebrate International Museum day together!
araz.az xəbər portalı.
araz.az xəbər portalı.