Hər il may ayının 18-i bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu münasibətlə, mayın 19-da beynəlxalq onlayn konfransın açılış mərasimi keçiriləcək. Konfransın ilk sessiyası ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə baş tutacaq. Bununla bağlı, adıçəkilən qurumdan araz.az-a daxil olan məlumatda deyilir ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) Pakistan Milli Komitəsi və KUMID Türkiyənin təşkil etdiyi bu konfransın əsas məqsədi, muzey sahəsində çalışan mütəxəssisləri yaxınlaşdırmaq, muzeylərin idarə olunması və mədəni irsin qorunması ilə bağlı, onlar arasında təcrübə mübadiləsini daha da genişləndirməkdir.
Məlumatda o da bildirilir ki, ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə baş tutacaq bu konfransın ilk sessiyasında, Beynəlxalq Muzeylər Gününün bu ilki devizinə uyğun olaraq, yəni, “Muzeylərin gələcəyi: Dirçəliş və yeni baxış” adı altında “Rəqəmsal transformasiya”, “Sosial aktuallıq və davamlılıq”, “Yeni biznes modelləri” kimi mövzularda məruzələr dinləniləcək. Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova, “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova və YARAT Müasir İncəsənət Məkanının kuratoru Fərəh Ələkbərli, eləcə də Lahorun Təbiət Tarixi Muzeyinin baş meneceri Avais Malik, Banqladeş Milli Muzeyinin keçmiş baş direktoru və ICOM Banqladeş İdarə Heyətinin üzvü Fayzul Latif Çoudhari və Yeni Delhidə Prezident Ev-Muzeyinin direktor müavini Pankaj Protim Bordoloi cıxış edəcəklər.
Ümumiyyətlə, 32 müxtəlif ölkədən olan ICOM-un milli komitələrinin, ayrı-ayrı mədəniyyət təşkilatlarının və universitetlərin əməkdaşlığı ilə baş tutacaq bu konfrans, qruplar üzrə sessiyalarla noyabr ayınadək davam edəcək.
***
On May 19, 2021, on the occasion of International Museum Day, ICOM Pakistan National Committee and FOCUH Turkey will bring together specialists in the museum field to exchange experience in museum management and preserving cultural heritage.
The first session of the conference will be organized by the ICOM Azerbaijan National Committee. In accordance with the International Museum Day’s theme of this year The Future of Museums: Recover and Reimagine, the session will present papers on Digital Transformation, Social Relevance and Sustainability, and New Business Models.
Dr Shirin Melikova, Director of Azerbaijan National Carpet Museum, Chair of ICOM Azerbaijan National Committee, Amina Melikova, Director of Icherisheher Museum Center, Farah Alakbarli, Curator at YARAT Contemporary Art Space, Awais Malik, General Manager of National History Museum, Lahore, Faizul Latif Chowdhury, former General Director of Bangladesh National Museum and the member of Executive Board of ICOM Bangladesh, and Pankaj Protim Bordoloi, Deputy Director at President House Museum in New Delhi will deliver speeches at the event.
Group sessions of the conference joined by participants from 32 countries, including ICOM NCs, different cultural organizations, and universities will run until November.
***
Международная конференция 19 мая
19 мая 2021 года по случаю Международного дня музеев состоится церемония открытия международной онлайн-конференции. Целью конференции, организованной Национальным комитетом ИКОМ Пакистана и KUMID Турции, является сближение музейных специалистов, обмен опытом в области управления музеями и защиты культурного наследия.
Первая сессия конференции будет организована Национальным комитетом ИКОМ Азербайджана. В соответствии с девизом Международного дня музеев в этом году на сессии будут заслушаны доклады на темы «Будущее музеев: восстановление и обновление», «Цифровая трансформация», «Соответствие запросам общества и устойчивость», «Новые бизнес-модели». На сессии выступят: директор Азербайджанского национального музея ковра, председатель Азербайджанского национального комитета ИКОМ Ширин Меликова, директор Музейного центра «Ичеришехер» Амина Меликова и куратор Пространства современного искусства YARAT Фарах Алекберли, а также генеральный директор Лахорского музея естественной истории Авайс Малик, бывший генеральный директор Национального музея Бангладеша и член Правления ИКОМ в Бангладеш Файзул Латиф Чоудхури, и заместитель директора Дома-музея президента в Нью-Дели Панкадж Протим Бордолой.
Конференция, реализуемая в сотрудничестве с национальными комитетами ИКОМ 32 стран, отдельными культурными организациями и университетами, продлится до ноября с групповыми сессиями.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.