İşıqlı Qaragöl ətrafında bu gün saat 14:00-da başlayan görüş başa çatıb.
araz.az “MediaPort”a istinadən xəbər verir ki, bunu Goris bələdiyyə sədrinin müavini Menua Hovsepyan deyib.
O bildirib ki, Azərbaycan tərəfi bəzi şərtlər irəli sürüb. Danışıqlar 2 gün ərzində davam edəcək.
Məlumata görə, görüşdə Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin təmsilçiləri və Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradov iştirak edib.
Bildirək ki, İşıqlı Qaragöl Laçın və Gorus rayonu arasında yerləşir, 1987-ci ilin 17 oktyabrında Azərbaycan və Ermənistan SSR-in birgə qərarı ilə yaradılmış Qaragöl Dövlət Təbiət Qoruğuna daxildir. Ermənistan Laçını işğal etdikdən sonra dövlət sərhədini irəli çəkib, indi Azərbaycan dövlət sərhədini bərpa edir.
araz.az
araz.az xəbər portalı.