“Ortaq postların yaradılması ilə bağlı bir razılığın əldə edildiyi, başqa sözlə türklərin istədiklərinə nail olduqları barədə məlumatlar var”.
araz.az-ın verdiyi xəbərə görə, bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib. O əlavə edib: “Syunikdəki problemin həll olunduğu barədə mediaya məlumat verildi. Ancaq ortaq bir post (postlar) yaratmağa razı olduqları barədə məlumatımız var. Yəni türklər istədiklərinə nail oldular. Hələ də 3.2.3.2 yüksəkliyinə sahib ola-ola ərazilərimizdə postlar olacaq. Demarkasiya aparılana qədər.
Toyuq beyinli insanlar da yaxın illərdə Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası olmayacağını başa düşürlər. Bu proseslər yalnız Syuniki tamamilə qapdıqda başlayacaq.
İndi qanuniləşdirdiyimiz bir razılaşma nəticəsində ərazilərimizdədirlər. Təslim olanlar yenidən torpağı təslim etdilər”.
Baqratyan Ermənistan prezidentini birbaşa vəzifələri ilə deyil, ailə biznesi ilə məşğul olmaqda qınayaraq sərt tənqid edib.
Eks-baş nazir Syunikdəki problemin həll olunduğunu elan etməyə tələsən bəzi müxalifətçiləri də qınayıb. O bununla bağlı yazıb: “Çaya çatmamış şalvarınızın balağını çırmalamayın!”
araz.az
araz.az xəbər portalı.