Azərbaycanla Ermənistan arasında Zəngəzurdakı (Sünik) Qaragöl gölü ilə bağlı razılığa gəldiyi bildirilir.
araz.az Missiya.Az-a istinadənxəbər verir ki, bu barədə Zəngəzur vilayətinin keçmiş qubernatoru, “Vətənin Dirçəlişi” partiyasının sədri Vahe Hakobyan məlumat yayıb. Vahe Hakopyan bildirib ki, razılığa əsasən, Zəngəzur bölgəsi ilə sərhəd xəttində 15 əsgər olmaqla 4 Azərbaycan mövqeyi olacaq.
Sitat: “Həmçinin Ermənistan tərəfinin də 4 mövqeyi olacaq. Hazırda Azərbaycan əsgərləri Ermənistan ərazisində mövqe qurub. Onlar geri çəkilmədilər, hətta yeni mövqelər əldə etdilər və öz əsgərlərini bölgəyə yerləşdiriblər”, – sitatın sonu.
Vardenis şəhərinin meri Aram Melkonyan news.am saytına açıqlamasında bildirib ki, erməni tərəfi danışıqlar apardığı bir vaxtda Azərbaycan əsgərləri Vardenis (Basarkeçər) bölgəsinə tərəf irəliləyir.
Mer bildirib ki, o, Azərbaycan əsgərlərinin Dağlıq Vardenis qəsəbəsi yaxınlığında çadır qurduqlarını binokl vasitəsi ilə görüb.
Qeyd edək ki, Azərbaycan tərəfi 10 noyabr bəyanatına uyğun olaraq sərhəd xəttinin çəkilişini həyata keçirir. Ermənistan hakimiyyəti isə məsələni başqa istiqamətə yönləndirməyə və delimitasiya prosesinə mane olmağa çalışır.
araz.az
araz.az xəbər portalı.