Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO baş katibinin müavini Mirça Geoana ilə görüşüb.
araz.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti bildirib. Tərəflər Azərbaycan – NATO əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.