“Təhsil Araşdırmalar Mərkəzi”nin təqdim etdiyi “Müharibə və Yeni Dövr” rubrikası çərçivəsində, bu qurumun əməkdaşları, bu yaxınlarda gənc şərhçi Azər Məmmədovdan götürdükləri müsahibənin önəmini və aktuallığını nəzərə alaraq, olduqca maraqlı sujet hazırlayıblar. Onlar, sensasion fikirlərin yer aldığı və izləyənlər üçün çox maraqlı və düşündürücü olacaq həmin müsahibələrindəki proqnozları, qısa film şəklində ictimaiyyətə də təqdim ediblər. Zənnimizcə, bu ilginc proqnozlar hər kəs üçün, eləcə də araz.az-ın dəyərli oxucuları üçün də lazımlı olacaq.
Azər Məmmədovun fikirlərindən sətir başları:
— Ordumuzun, xalqımızın qalib gəlməsinin səbəbi 30 ildir içimizdə formalaşan haqlı nifrət idi;
— Azərbaycan 5-6 ildən sonra dünyanın mədəni və iqtisadi mərkəzlərindən biri olacaq;
— Koronavirusun yayılması ilə dünya əhalisinin alışqanlıqları da dəyişdi. Bir müddət sonra internetə alışan insanlar öz adət-ənənələrini, milli kimliyini itirəcək, dünya insanı olacaqlar;
–– Dünyada yeni və son müharibə başlayacaq. Bu müharibə millətlər yox, iki qrup təbəqə arasında olacaq: Dünyanı texnologiya ilə idarə etmək istəyənlər və ağıl sahibləri;
— Yeni düzənin qurulmasında qlobal sərmayə sahibləri, texnologiya lobbisi maraqlıdır. Və Çin variantı, idarəetməyə daha yaxındır. Böyük Britaniya, Türkiyə və Rusiya kimi dövlətlər də, ABŞ-in dollarla dünya üzərində yaratdığı hegemoniyasını bitirmək üçün, Çinə bu layihədə dəstək verir. Və qurulacaq yeni iqtisadi düzənin, Azərbaycan üçün də böyük üstünlükləri var;
Həmin filmi bu link vasitəsi ilə izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=HEWLnfX058A
[bt_youtube url=”‘https://www.youtube.com/embed/HEWLnfX058A'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.
araz.az xəbər portalı.