Qarabağın sözdə parlamentinin saxta deputatı Metaxe Akopyan Xankəndindən keçən yük maşınlarının videosunu çəkib və paylaşıb.
araz.az Ovqat.com-a istinadən xəbər verir ki, “deputat” bu avto-kolonun keçişinin bir saat davam etdiyini bildirərək, dərin vahiməyə qapıldığını gizlətməyib.
“Tezliklə həyatımızın alt-üst olmasından 8 ay keçəcək … Başımızda mənfur, qorxaq, xəsis, cahil, köksüz, cinssiz və simasız səlahiyyətlilər olduğu üçün məhv oluruq. Ölürük, çünki 3 il ərzində bir millətdən gümrülü, irəvanlı, “artsaxlı”, “syunik”li, aparanlı, loriliyə çevrildik … Qurtuluşun bir yolu var. Dərhal birləşməli və bu kriminal avtoritetləri aradan qaldırmalıyıq. Zaman bizə qarşı və düşmənin və cinayətkar Nikol Paşinyan / Anna Hakobyan klanının xeyrinə işləyir… ”
– “millət vəkili” yazıb.
Videoya bu likdə baxa bilərsiniz
araz.az
araz.az xəbər portalı.